Icma.az
close
up
RU
Adam tanıyırdım ki, yedikdən sonra gedib ağacdan sallaşıb qayıdıb birdə yeyirdi

Adam tanıyırdım ki, yedikdən sonra gedib ağacdan sallaşıb qayıdıb birdə yeyirdi

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Toy məclislərində həddən artıq israfçılığa yol verilir. Sanki hamının axırıncı yeməyidir. Sanki sabah dünya dağılacaq, ona görə də bütün yemək növlərini masaya düzüblər ki, heç olmasa son dəfə hərə bir qismət nüyvər eləsin. Nə məcburdur axı? Olmazmı sadə, normal süfrə açılsın? Olmazmı gurultu olmasın, həzin musiqi səslənsin ki, ağız deyəni qulaq eşitsin?".

Redaktor.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. O bunun mədəniyyət olmadığını bildirib:

Hərənin bir qarnı var. Çatlayana kimi yemək, qatıb - qarışdırıb axşam da təcili tibbi yardımı yağır eləməkdirmi müasirlik, şəhər mədəniyyəti? Əgər bu mədəniyyətdirsə olmaz olsun belə mədəniyyəti! Adam tanıyırdım ki, yedikdən sonra gedib ağacdan sallaşıb qayıdıb birdə yeyirdi...

İnsan nə qədər, neçə saat və nələri yeyə bilər? Çalğıçıların gurultusu, masabəyinin tez-tez nərə çəkərək guya şeir deməsi, süni tərif yağışı, qulaqbatırıcı səsucaldanların vəhşəti elə bir narahatlıq yaradır ki, orada olan adamın üç gün qulağı guruldayır.

Hətta bəyənmədiyimiz, tənqid etdiyimiz bəzi ölkələrdə toyu şərbət, şirniyyat və həzin melodiya ilə edirlər. Hətta ayaqüstü masalarda hamı şərbətin, meyvə şirəsinin dadına baxır, kofe içir və gərəksə şirniyyatdan da yüngül qəlyanaltı edir. Əsas yeri təbrikə, xeyir-duaya, həzin musiqiyə, mənəvi qidaya verirlər.

Ancaq bizim toylarda uzun müddət bir-birini görməyən iki qohum hal-əhval soruşmaq üçün ya gərək əyilib qulaqlarına desinlər ya da çıxıb foyedə danışsınlar. Yeməklər də o qədər qat-qarışıq və növbənöv olur ki, masada telefonu qoymağa belə yer qalmır. Nə xəbərdir? Dünyanın axırıdırmı? Lap tutaq sabah dünyanın axırıdır, nə məcburdur ki, bu qədər yeyib, qarnını doldurasan bu axır gündə? Yaxud süfrəyə bu qədər yarı təbii yarısı süni, yarısı saxta qidalar qoyasan? Olmazmı nəcib, kübar, sadə, mədəni təşkil olsunsun hər şey? Bir - ikicə növ də yüngül qəlyanaltı olsun...

Bir dəfə şaiyə yaydılar ki, guya dünya dağılacaq. Camaat konserv məmulatlarını dükanlardan süpürüb zirzəmiyə doldurmuşdu. Dünya dağılacaqdısa o ərzaqları necə istifadə edəcəkdilər? Ancaq xətrinə dəydiyi, haqqını yediyi adamları tapıb halallıq almaq heç kəsin ağlına gəlmirdi. Niyə çoxu qarnı ilə düşünür, onu anlamaq çətindir. Başını, qəlbini doldurmağı düşünən azdır, çoxu qarnını doldurmağı fikirləşir. Ona görə də sosial vəziyyət normal deyil. Hamı öz qabağına çəkir, yığıb saxlayır, bölüşmür, paylaşmır. Sadə, küsülü evdə normal yaşaya biləcəyi halda bəhsə girib dörd mərtəbəli villa başlayır, ailəsinin boğazından kəsib daşa, betona verir, evi bitirməmiş də ömrü bitir...

Hər işimiz belədir. Yeməklə urvat, qiymət olmaz. Qiymət, dəyər mədəniyyətlə, nəcibliklə, səxavətlə, ülvi hisslərin qarşılıqlı mübadiləsi ilə olur. Toyuq budunu lülə kababla, bildirçini tikə kababla, aşı dondurma ilə və digər saysız yeməkləri masaya tökməkləmi adam urvatlı, qiymətli olur? Bahalı müğənni gətirib fanoqram oxudanda adam urvatlı və hörmətli olur, amma sadə xanəndə təbii oxuyanda urvatsız olur? Bir düşüncəyə, məntiqə bax. Ölçüyə, meyara bax.

Xülasə... Toylar sadələşməlidir. Vəhşi toy və yas adətlərindən qurtulmaq lazımdır. Yazıqdır camaat. Bu cür davamiyyət çox əcaib bir sonluğa apara bilər. Belə pis işlərin adını "adət" qoyub milli, insani dəyərlərimizi də təhrif etmək lazım deyil. Yaxşı işlərdə bəhsə getmək lazımdır, pis işlərdə, xurafatda, cəhalətdə yox.

Sadəlik şöhrətdən də şöhrətbazlıqdan daha gözəldir.

Bu mənfur şöhrət yarışında bəhsə girən, vaxtilə vəzifədə olmuş adam tanıyıram ki, "adət"lə gedərək borc alıb təmtəraqlı toy etdi, iş elə gətirdi ki, vəzifədən çıxdığına görə toya az adam gəldi və arzu edilən məbləğ yığılmadı. Çox keçməmiş borc sahibi qapını kəsdirdi. Tapıb düzəldib qaytara bilmədilər. Gəlinin qızıllarını girov qoyub pul götürüb borcu qaytardılar. Bunu eşidən qudalar gəlib gəlinin cehizini də yığıb özünün də qolundan tutub apardılar. Bir həftə sonra evin ağsaqqalı xəcalət hissindən, əsəbdən insult keçirib vəfat etdi. Dilə - dişə düşdülər. Dedi-qodular, camaatın müzakirəsi o həddə çatdı ki, oğul obanı tərk edib Ərəseyə üz tutub rus aldı. Budur "adətimiz"? Belə adət olar? Bu adət deyil, zillətdir!

Hərə öz yorğanına görə ayağını uzatmaqdan qorxur. Başqasının yorğan ölçüsünə görə ayağını uzadır, onda da ayağının yarısı çöldə qalır...

Buyurun. Bu şöhrət yarışında görək hara gedəcəyik... Nə toyumuz toydur, nə vayımız vaydır".

Vasif ƏLİHÜSEYN 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri