ADAU da MATE professorları tərəfindən elmi praktiki təlimlər keçirilib FOTOLAR
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “Agro Dairy” şirkətinin birgə təşkilatçılığı ilə Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetindən (MATE) dəvət olunan mütəxəssislərin iştirakı ilə elmi-praktiki təlimlər həyata keçirilib.
"Unikal" xəbər verir ki, iki günlük proqram çərçivəsində ADAU-da keçirilən seminar və “Agro Dairy” şirkətinin təsərrüfatında baş tutan sahə təlimlərində iştirakçılara bitki mühafizəsi, alaq otlarının identifikasiyası, xəstəliklərin izlənməsi və müasir mübarizə üsulları barədə əyani və nəzəri bilgilər verilib.
Təlimlər tələbələr, müəllim heyəti və sahə mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb və elmi biliklərin istehsalatla uzlaşdırılması baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 İyul 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















