ADB: Neftin qiyməti azalsa da, 2025 2026 cı illərdə 70 dollardan yuxarı olacaq
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Asiya İnkişaf Bankı (ADB) Brent xam neftinin 2025-ci ildə ortalama qiymətini bir barel üzrə 74 ABŞ dolları, 2026-cı ildə isə 71 dollar proqnozlaşdırıb.
"APA-Economics" xəbər verir ki, bu barədə bankın hesabatında bildirilib. Bununla belə ADB hesab edir ki, neft qiymətləri azalmaqda davam edəcək: "Neft qiymətlərinin qlobal tələbin zəifləməsi və geniş təklif səbəbindən azalacağı gözlənilir. Ticarət mübahisələrinin artması, qlobal tələbi zəiflədə biləcək, eləcə də ABŞ-ın xam neft ehtiyatlarının artması neft qiymətləri üzərində aşağı istiqamətli təzyiq yaradıb".
ADB qeyd edib ki, elektrikli nəqliyyat vasitələrinin istifadəsinin getdikcə genişlənməsi və bərpa olunan enerji mənbələrinə keçidin davam etməsi neft tələbinin azalacağına işarə edir.
"Qlobal neft təklifinin 2025-ci ildə gündə 1.8 milyon barrel və 2026-cı ildə gündə 1.5 milyon barrel artması proqnozlaşdırılır. Bu artım OPEC+, ABŞ, Kanada, Braziliya və Qayana tərəfindən istehsalın artırılması ilə bağlıdır" - ADB əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 09 Aprel 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















