Icma.az
close
up
RU
Sabiq nazir: “Neftin qiyməti 45 50 dollardan yuxarı olmayacaq”

Sabiq nazir: “Neftin qiyməti 45 50 dollardan yuxarı olmayacaq”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycan nefti büdcədən ucuz satılır. 

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti 0,95 ABŞ dolları və ya 1,42% geriləyərək 66 dollara düşüb. Bu rəqəm dövlət büdcəsində nəzərdə tutulan 70 dollarlıq baza qiymətindən aşağıdır. Qeyd edək ki, "Azeri Light"ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək göstəricisi isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. 

Neftin ucuzlaşması hansı problemləri yarada bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, neftin qiymətində yaranan qeyri-sabitlik gözləntiləri dəyişir. Onun sözlərinə görə, bu, gələcək üçün müəyyən risklər yarada bilər: 

“Neftin qiymətlərinin dünya bazarlarında son aylarda, xüsusilə də bu il ərzində ciddi volatillik nümayiş etdirməsi, yəni qiymətlərin qalxıb-enməsi onun bazarda qeyri-sabit vəziyyətini əks etdirir. Bu ilin büdcəsində neftin bir barelinin qiyməti üçün 70 dollar, gələn il üçün isə 65 dollar nəzərdə tutulub. 

Lakin hazırda qlobal bazarlarda qiymətlər 62-63 dolları ötmür. Gələn il üçün müxtəlif proqnozlar səslənsə də, real vəziyyət göstərir ki, neftin qiyməti 45-50 dollardan yuxarı olmayacaq. Bütün bunlar isə təbii olaraq düşündürücüdür”. 

Fikrət Yusifov qeyd edib ki, belə olan halda büdcəyə gəlirlərin daxil olmasında problemlərlə üzləşə mümkündür: 

“Büdcəyə daxilolmalarla bağlı müəyyən çətinliklər yarana bilər. Məncə, növbəti ilin büdcəsində neftin bir barelinin təxminən 50 dollar səviyyəsində götürülməsi daha optimal seçim olardı. Hər halda, hesab edirəm ki, hökumət müxtəlif qiymət ssenarilərinə uyğun alternativ büdcə mexanizmlərinə malikdir”. 

Professor əlavə edib ki, əgər qiymətlər kəskin şəkildə aşağı düşərsə, növbəti ilin büdcəsinə ilin ortalarına doğru yenidən baxıla bilər: “Əgər neftin qiymətində kəskin eniş baş verərsə, yəqin ki, növbəti ilin büdcəsinə ilin ortalarında yenidən baxılması zərurəti yarana bilər”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: neftqiymət Fikrət Yusifov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri