Icma.az
close
up
RU
Adət idi, indi qadağadır: Bunu edənlər məsuliyyətə cəlb olunacaqlar

Adət idi, indi qadağadır: Bunu edənlər məsuliyyətə cəlb olunacaqlar

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan vətəndaşlarına xaricə səfər zamanı üzərlik aparmamaq tövsiyə olunur. Buna səbəb bəzi ölkələrdə üzərlik toxumunun tərkibində psixotrop maddələrin olması və bununla bağlı hüquqi problemlərin yaranmasıdır. Lakin vətəndaşlar arasında üzərliyin real təsiri və riskləri ilə bağlı fikir ayrılığı mövcuddur.

Üzərlik bitkisinin tərkibində psixotrop maddələrin olması nə dərəcədə elmi əsaslara dayanır? Bu maddələrin sağlamlığa və ya davranışa real təsiri varmı? Bu məsələdə vətəndaşlar nələri nəzərə almalıdır?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, üzərlik bizdə əsasən mistik səbəblərlə istifadə olunub.

Professor bildirib ki, üzərlik elmi əsaslara deyil, daha çox inanclara söykənən mistik formada istifadə edilir:

“Məsələn, üzərlik yandırılan zaman tüstüsünün guya bəd nəzəri, pis enerjini uzaqlaşdırdığına dair miflər mövcuddur.

Adil Qeybulla

Uzun illərdir insanlar bu məqsədlə ondan istifadə edirlər. Ümumiyyətlə, insan təbiəti həmişə fövqəltəbii güclərə meylli olub. Bu da, əslində, psixoloji qorunma ehtiyacından irəli gəlir. O baxımdan belə adətlər insanlara müəyyən mənada psixoloji dəstək verir. Lakin məlum məsələdir ki, üzərlik bitkisinin tərkibində harmalin tipli psixotrop təsirə malik maddələr var. Bu maddələr bəzi ölkələrdə artıq narkotik təsirli maddələr siyahısına salınıb və qadağan olunub. Azərbaycanda üzərlik heç vaxt bu məqsədlə istifadə olunmayıb. Amma buna baxmayaraq, artıq onun gömrük məntəqələrindən keçirilməsi qadağandır və insanlar bunu nəzərə almalıdır”.

Adil Qeybulla deyib ki, üzərlik səmimi niyyətlə, yalnız tüstülətmək və ya ayin icra etmək üçün istifadə edilsə də, bu, insanı hüquqi məsuliyyətdən azad etməyəcək:

“Qeyd edim ki, üzərlikdəki psixotrop maddələr çox yüksək konsentrasiyada deyil və bu maddələrin sənaye baxımından əhəmiyyəti yoxdur. Amma istifadəyə yararlı olması və istismar riski olduğu üçün artıq bu məsələ ilə bağlı hüquqi tədbirlər görülür. Ona görə də insanlar məsələnin ciddiliyini anlamalı və bunun fərqində olmalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri