Adeyemi və Vetyen “Borussiya Dortmund”dan ayrılmağa yaxındırlar
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Almaniyanın “Borussiya Dortmund” futbol komandasının hücumçusu Karim Adeyemi və yarımmüdafiəçisi Kyell Vetyen yay transfer pəncərəsində Almaniya klubundan ayrıla bilərlər.
İdman.Biz xəbər verir ki, hər iki futbolçu komandanın bu gün keçirilən tibbi müayinəsində və fiziki göstəricilərin yoxlanılması prosesində iştirak etməyib.
Bundesliqa təmsilçisi “Borussiya Dortmund” Adeyemi və Vetyeni başqa klublarla mümkün keçid barədə danışıqlar aparmaları üçün məşq prosesindən rəsmən azad edib. Dortmund klubu bu barədə “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.
Adeyeminin transferi uğrunda əsas namizəd İspaniyanın “Barselona” komandası hesab olunur. Kataloniya klubu Almaniya millisinin hücumçusuna ciddi maraq göstərir və yaxın zamanda onun keçidini rəsmiləşdirməyə çalışa bilər. Son məlumatlara əsasən, tərəflər arasında danışıqlar davam edir.
24 yaşlı futbolçu 2025/26 mövsümündə “Borussiya Dortmund”un heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 10 qol vurub və altı məhsuldar ötürmə edib.
Vetyenlə isə Danimarka Superliqasının “Midtyullann” klubu maraqlanır. 20 yaşlı yarımmüdafiəçi ötən mövsüm ərzində 29 qarşılaşmada iştirak edib, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun Danimarka klubuna keçidinin yaxın olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 12 İyul 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















