Icma.az
close
up
RU
Adı ədalət, özü əfsanə olan bir sistemdə Hüququn İroniyası

Adı ədalət, özü əfsanə olan bir sistemdə Hüququn İroniyası

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Ədalət müstəqildir, amma bəzi adamların iradəsinə tabe olmaq şərtilə...” – bu cümlə hansısa gülüş ustasının yox, bugünkü Azərbaycan məhkəmə reallığının qeyri-rəsmi devizidir. Ədalət məhkəmədə deyil, artıq “özəl sifariş” masalarında axtarılır. Və bu sistemdə vəkillik – o da əgər müstəqil vəkillikdirsə – sadəcə “hədəf lövhəsi”dir.

Bəzən elə bilirsən ki, biz hüquqi dövlətik. Bəzən də görürsən ki, bu sadəcə “bəzən”lər üçün uydurulmuş bir mif imiş.

Buyurun tanış olun: Adəm Məmmədov – şəhid hakimin oğlu, vəkil, yazar, hüquq kapitanı, cəmiyyətin tanınmış hüquq maarifçisi. Bu gün haradadır? Barmaqlıqlar arxasında. Günahı nədir? Təkcə həqiqəti demək! Təkcə prinsipial olmaq! Təkcə "qanunla.az" saytının təsisçisi olmaq! Bəli, o saytda yayılmış xəbərlə bağlı, özü yazmayıb, özü paylaşmayıb, özü bilməyib, amma... məsuliyyət ona yüklənib! Hökm çıxarılıb. Bəlli! “Sifariş” yerinə yetirilib.

Məhkəmə zalında isə bir başqa teatr qurulub: hakim Gültəkin Əsədova təqsirləndirilən şəxslərə son söz vermir – bəli, tam mənasıyla “susdurur”! Halbuki Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Sadak və digərləri Türkiyəyə qarşı, Mirilashvili Gürcüstana qarşı, Gűlmez Türkiyəyə qarşı və digər çoxsaylı qərarlarında “son söz hüququnun pozulması ədalətli məhkəmə araşdırması hüququnun kobud pozuntusu” kimi qiymətləndirildiyi dəfələrlə vurğulanıb. Amma bu faktlar həmin məhkəmə zalında “heç nə” deməkdir. Çünki qərarlar hüquqa deyil, sifarişə əsaslanır. 

Səssizlik susmaq deyil, razılıqdır – Vəkillər Kollegiyasının faciəvi laqeydliyi

Rusiyadakı vəkillərə qarşı baş verənlərə dərhal reaksiya verən Vəkillər Kollegiyası, öz vəkilinin – Adəm Məmmədovun həbsinə sanki “blok siyahı”dan baxır. Kollegiyanın bu səssizliyi – yalnız biabırçılıq deyil, həm də təhlükəlidir. Çünki bu səssizlik bu gün Adəmə, sabah isə digərlərinə qarşı qurulacaq eyni ssenarilərin qarşısını almaq əvəzinə ona legitimlik qazandırır. Niyə susursunuz, cənablar? Əgər bu gün bir vəkilin hüququ tapdanırsa və siz susursunuzsa – sabah sizin də o tribunada susdurulacağınız gün uzaqda deyil. Axı bu gün Adəm Məmmədovun üzləşdiyi repressiya təkcə onun şəxsi faciəsi deyil. Bu, vəkillərin öz peşəsini yerinə yetirməyə görə cəzalandırılmasıdır. Bu, hüquq peşəsinin siyasi, inzibati və qərəzli maraqlara qurban verilməsidir. Bu gün Adəm Məmmədov susdurulursa, sabah başqa bir vəkilin qapısı döyüləcək.

Ceyhun Yusifov – “Xüsusi ittihamçı” yoxsa “xüsusi tapşırıqçı”?

Adəm Məmmədovun həbsinin başlıca fiqurlarından biri kimi görünən Ceyhun Yusifovun fəaliyyəti isə ayrıca “satirik ədalət komediyası”dır. Apellyasiya işini aylarla süründürən, birinci instansiyada prosesə belə qatılmayan, lakin “mənəm-mənəm” deyib özünü hüququn sütunu kimi göstərən bu şəxsin adından danışmaq yerinə olmasın – onun arxasında gizlənən “güc mərkəzləri”ni ifşa etməyə ehtiyac var. Hər yerdə danışır ki, guya sifariş hardansa gəlib. Bəs bu sifariş ölkənin Konstitusiyasını üstələyirmi? Bu ölkədə hələ də hüququn aliliyi prinsipinə inanan varmı?

Apellyasiya Məhkəməsinin ilk baxışı – gözlər hakim Zaur Hüseynovda, vicdan da onunla birgəmi?

02 iyul 2025-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində keçirilmiş ilk baxış iclası bir şeyi sübut etdi: vəkillərin gətirdiyi hüquqi əsaslandırmalar, AİHM presedentlərinə istinadlar qarşısında qarşı tərəf susmaqdan başqa heç nə edə bilmədi. Bu məhkəmə bir dönüm nöqtəsi ola bilərdi. Lakin növbəti dəfə məhkəmə “dəftərə baxdı” və nə görmək istəyirdisə onu da gördü. Halbuki istinadlar aydın idi – AİHM-in Mirilashvili c. Rusiya, Sadayev c. Rusiya, Marcello Viola c. İtaliya işlərində göstərilib ki, istinadla yayımlanmış yazıya görə məsuliyyət yalnız o yazının müəllifinə və bilavasitə yayana aiddir. Adəm Məmmədov isə nə yazıb, nə yayıb – sadəcə saytın təsisçisidir.

Hüququn çökdüyü yer – bu gün Adəm, sabah hamımız

Əgər bir şəhid ailəsinin üzvü, peşəkar vəkil, ehtiyatda olan ədliyyə kapitanı, yazıçı və vətəndaş – bu qədər statusun sahibi olan şəxs belə bu ölkədə sifarişli şəkildə həbs edilə bilirsə, deməli bu sistem hər birimizin azadlığına təhlükədir. Bu gün Adəmin haqqı tapdanırsa, sabah sizin haqqınız da eyni səssizliklə yox olacaq.

Ədalət “bir dəfə öldü” deməyin – o hər gün zindanda çürüyən haqların içində boğulur. Biz isə “növbəti kimdir?” sualının cavabını gözləyirik. Hər birimiz növbədə ola bilərik. Və bu oyunun qaydaları çoxdan dəyişib: haqlı olmaq yox, güclü himayədara malik olmaq lazımdır.

Bəs hüquq? – Deyəsən, onu da “təsisçilər” istintaqdan əvvəl əlləşib həbs ediblər...

Samir Zeynalov

Hüquq müdafiəçisi  

(Vəkil Adəm Məmmədovun hüquqlarının müdafiəsi Komitəsi)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 İyul 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri