Adil Şükürov: Həmişə topa sahib olmaqla qalib gəlmək demək deyil
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Qarabağ" hücumda kifayət qədər yaxşı təsir bağışladı, lakin futbol həmişə topa sahib olmaqla qalib gəlmək demək deyil". Bunu Sport24.az-a açıqlamasında Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis onu da bildirib ki, "Qarabağ" ilk yarıda rəqibdən üstün təsir bağışlayıb: "Dünən "Qarabağ"ın "Elfsborq" üzərində qələbə qazanacağını gözləyirdim. Oyunun ilk dəqiqələri də bu gözləntini təsdiqləyirdi. Komandanın qələbə əzmi açıq-aydın görünürdü: irəli ötürmələr, hər itirilən top uğrunda 2-3 futbolçunun mübarizəyə qoşulması... Bu istəyin bariz nümunəsi idi. Müdafiə xəttində itkilərə baxmayaraq, "Qarabağ" hücumda kifayət qədər yaxşı təsir bağışladı.
Topa sahib olma və təhlükəli epizodların sayında "Qarabağ"ın rəqibi iki dəfə üstələdiyini demək mümkündür. Lakin futbol həmişə topa sahib olmaqla qalib gəlmək demək deyil. Standart vəziyyətdəki ani diqqətsizlik "Qarabağ"ın məğlubiyyəti ilə nəticələndi. Bununla yanaşı, yaradılan fürsətlərin boşa verilməsi də komandanın nəticəsinə təsir etdi. Fikrimcə, yerli çempionatın səviyyəsinin yüksəldilməsi vacibdir ki, "Qarabağ" və digər klublar Avropa arenasında daha böyük uğurlar əldə edə bilsinlər".
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VI turunda "Qarabağ" dünən səfərdə "Elfsborq"a məğlub olub - 0:1
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 13 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















