Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Adın nədir? Maqa, yox, yox, Məhəmməd!

Adın nədir? Maqa, yox, yox, Məhəmməd!

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Övladınıza ad verəndə taleyini də verirsiniz

Astroloqlar deyir ki, adlar yeni doğulan körpəyə verilərkən belə, fərqində olmadan adı qoyan onun gələcəyini yazır. Astrologiyada eynilə rəqəmlərin insanların üzərində təsirinin olması kimi, hərflərin də insanlar üzərində çox böyük təsiri olduğu artıq sübut edilib. Hər kəs adının layiqli daşıyıcısı olur. İstər yaxşı, istərsə də pis mənada. Amma insanların adlarına görə onları mühakimə etmək də doğru deyil. Astroloqlar fikirləşir ki, insanların yaxın ətrafında olan mənfi enerjili adları olanlar insana pis təsir edir. Yəni, ətrafında bədbin adlı birisi varsa bu adın sahibi qədər sənə də pis təsir edə bilər.

İnsanın adının taleyinə sirayət etməsi inancı Qədim Misir və hind mədəniyyətindən qaynaqlanır. Maraqlı burasıdır ki, Hindistanda hələ də bu ənənəyə sadiq qalırlar. Hazırda bu ölkədə doğulan hər yeni körpə üçün astroloq-kahin-münəccim çağırılır, o müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu adı seçir. Ad qoyulma mərasimi xüsusi təşkil edilir. Tanrıya səcdə edərək od ətrafında körpəni dolandırır, oda qansız qurbanlar (meyvə-tərəvəz, paxlalılar, ağartı məhsulları) verilir, Tanrıdan onun adının uğurlu olmasını diləyirlər. Çünki ad insan həyatının demək olar ki yol nişanıdır. Qədim Romada isə belə bir deyim vardı: “Nomen est omen”. Anlamı belədir: “Ad taledir”. Müsəlman adətlərinə görə isə yeni doğulan körpəyə ailə böyüyü ad verir. Ata, ya da baba körpəni qucağına alır və onun qulağına dua oxuyur və 3 dəfə adını təkrarlayır.

Elə bilirsiniz onlarda hər adı qoymağa icazə var?

Azərbaycanda şəxsiyyəti, şərəf və ləyaqəti alçaldan adlar daşıyan kifayət qədər çox insan var. Vətəndaşlarımız arasında Alabaş, Cinayət, Fəlakət, Traktor, Qarın, Qəmiş, Paçağa kimi adlar daşınyanlar var. Bu ildən bu adların yeni doğulan körpələrə verilməsi qadağandır. Həmçinin bu problem tək bizdə deyil. Belə ki, “Kurtlar Vadisi” serialı çəkilməyə başlayandan sonra Türkiyədə valideynlər öz körpələrinə Memati adı vermək fikrinə düşsə də müvafiq qurum buna izin vermədi. Türkiyənin Ali Məhkəməsi hətta bu barədə qadağa qanunu da qəbul etdi. Çünki bu adın farscadan tərcümədə mənası “ölüm” deməkdir.

Bundan əlavə bir müddət öncə Yeni Zelandiyada körpənlərini Lüsifer (İblis) adlandırmaq istəyən valideynlərin tələbini dövlət rədd etmişdi. Bu ölkədə adla bağlı qadağa olmasa da valideynin öz övladına bu adı verməsinə Yeni Zellandiya hökuməti bərk əsəbləşmişdi. Bu hadisədən sonra hökumət adlar barədə qərar hazırladı və ötən illər ərzində valideynlərin körpələrinə vermək istədikləri yüzlərlə absurd ad rəsmi olaraq rədd edildi. İndi bu ölkədə uşaqlara Baron, Yepiskop, Hersoq, General, Kral kimi adların verilməsi də qadağandır.

Pakistanda isə son illər yenidoğulmuşlara Məhəmməd adının verilməsi qadağan edilib. Buna səbəb, bu adın Pakistanda çox yayılması və hər hansı cinayət hadisəsi baş verdikdə suçlunu yaxalama zamanı böyük çaşqınlıq yaratmasıdır. Azərbaycanda da müvafiq komissiya bir çox adının uşaqlara verilməsini qadağan edib. Bu qadağanın qoyulmasına səbəb valideynlərin uşaqlarına əcaib adlar seçməsidir. Ölkəmizdə qəribə adlı kifayət qədər çox adam yaşayır. Təmir, Zimkan, Dövlətqar, Nəci, Ququş, Alabas, Aktiv, Duran, Qədeş, Hüseynşir, İbniş,Qutabə, Beytul, Rəhmət, Tola, Traktor, Oktyabr, Sovet, Faiz,Variş, Aydabala, Paçağa, Qarın, İnqraz, Şapələk, Təyyarə və bu kimi daha nə qədər adlar da bir zamanlar valideynlərin öz övladlarına verdikləri adlardandır.

Həm milli ad seçin, həm də mənası gözəl

Bir neçə ay öncənin söhbətidir, məktəbdən qızımı götürməyə getmişdim. Həyətdə zəngin çalınmağını gözləyirdik. Zəng vuruldu, uşaqlar hay-küylə həyətə axışdı. Hərə öz valideynini axtarır. Yaxınımdan bir səs eşitdim: “Gülçiçək, Gülçiçək, buradayam gəl”. Anası idi, qızını götürməyə gəlmişdi. Adı eşidən bütün valideynlər çevrilib baxdı, ad üzümüzdə təbəssüm yaratdı. Axı daha qoyulmur belə adlar.

Doğrusu, uşaqlara həm milli köklü, həm də müasir ad seçməyin tərəfdarıyam. Həmçinin mənası gözəl, bütün dillərdə səslənməsi estetik, virtual platformada istifadəsi rahat olmalıdır. O səbəbdən uşaqlara ad seçəndə tərkibində ə, ü, ğ, x, ö, ş kimi hərflər olan adlar olmamasına diqqət etmək lazımdır ki, virtual platformada yazıldıqda dəyişikliyə uğramasın. Məsələn, Lalə adını virtual məkanda ya Lala, ya da Lalə olaraq yazmalı oluruq, amma Sevda adını olduğu kimi yazırıq. Bu hərfləri ona görə deyirəm ki, onlar olanda ad başqa dillərdə başqa cür tələffüz edilir. Məsələn Əli adını başqa dildə tələffüz edəndə Ə hərfi A ilə əvəzlənir, amma tutaq ki Azad adı dəyişmir. Çox görürəm, uşağına Məhəmməd adı verib onu Maqa, Mika çağıranları. Adı bəyənərək, sevərək qoymaq lazımdır uşağa, nə uşaq, nə valideyn narahat olmamalıdır o addan.

Ölkəmizin adqoyma mədəniyyətində təkrarlanan ad çoxdur, bir sinifdə 3 Mədinə, 4 Məhəmməd, 2 Hüseyn, 5 Zəhra olur. Kim olduğu anlaşılsın deyə ayama qoşulur uşaqlara – eynəkli Məhəmməd-qara Məhəmməd, balaca Zəhra-uzun Zəhra, arıq Hüseyn, kök Hüseyn. Əslində ad alternativimiz çoxdur, amma var olan adları bəyənməyən olanda da yaradıcılığı olan özü yeni ad yarada bilər, milli köklü və gözəl mənası olan. Bütün hallarda uşaqlara gözəl ad verin ki, utanmasın adından.

Adını sevməyən xoşbəxt olmur

Bir qız tanıyırdım, Balabacı qoymuşdular adını, nə məktəbdə, nə yaxın çevrəsində heç kimlə ünsiyyət qurmurdu qız, yeni tanışlıqlardan qaçırdı həmişə. Valideyninə yalvarırdı adını dəyişsinlər deyə, əhəmiyyət vermirdilər. 18 yaşı olan kimi dəyişib Nazlı etdi. Anası öz nənəsinin adını vermişdi, dəyişməyə icazə vermirdi, dəyişəndə də "haqqım haramın olsun" demişdi övladına.

İllər əvvəl Salyanda dərmandan zəhərlənib ölən qız vardı, adı Gülmira. Onun adı özündən əvvəl doğulmuş iki bacısına da verilib. Hər iki Gülmira uşaq ikən ölüb - biri su quyusuna düşüb ölüb, onun ölümündən sonra doğulan qıza da Gülmira adı verilib, o da yanğında ölüb. Ailə ölən qızlardan sonra doğulan 3-cü qız övladlarına da Gülmira adını verib, o qız da dərmandan zəhərlənib öldü. Ad taledir deməli.

Tanıdığım bir ailənin oğul balasının adını Güloğlan qoyublar. Baba öz adını verib uşağa, anası uşağın adını qətiyyən tələffüz etmir, “ürəyim”, “balam” kimi əzizləyici sözlərlə çağırır. Adqoyma haqqında danışanda ananın gözləri dolur, kövrəlir. Ona öz övladına ad qoymaq haqqını tanımayıblar, bir dəfə qəhərlənərək “balamın adını Cavidan” qoymaq istəyirdim, babası icazə vermədi ki, öz adımı qoyacam”

Doğuş bir qadının verdiyi ən böyük imtahandır, biz o imtahandan dəfələrlə keçirik. Balamıza ad qoymaq ən birinci bizim haqqımızdır. Uşağın 9 ay ana bətnində zülmünü biz çəkirik, doğuş ağrısını çəkirik, qazı var, qulaq ağrısı, diş ağrısı - hamısını balamızla birgə keçiririk. Bunu bizimlə birlikdə kim edir? Ad bizim haqqımızdır əziz babalar, əziz nənələr. Yalnız bizim razılığımız olandan sonra uşağımıza ad qoyula bilər - əgər seçilən adı bəyənsək. Nənəni-babanın hörməti, xətri əzizdir, amma ad valideynin haqqıdır. Güloğlan, Baloğlan, Atamoğlan baba, elə baba ol ki, qoy gəlinin, oğlun, qızın, kürəkənin özü təklif eləsin sənin adını qoymağı. Zorla gözəllik olmaz.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see287

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see206

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see192

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see169

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see168

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see167

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see167

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see166

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see166

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see166

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see165

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see164

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see164

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see164

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see162

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see161

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see161

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see161

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri