Icma.az
close
up
RU
Menu

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

ADMİU nın kinostudiyasında maliyyə qalmaqalı: 167 min manat hara gedib? (AÇIQLAMA)

ADMİU nın kinostudiyasında maliyyə qalmaqalı: 167 min manat hara gedib? (AÇIQLAMA)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən "Tədris-film" kinostudiyasının tələbələri üçün ayrılan maliyyə vəsaitinin düzgün xərclənməməsi ilə bağlı faktların üzə çıxdığını daha əvvəl xəbər vermişdik.

Universitetin Kinorejissorluq fakültəsinin məzunu Elmar Fərzəliyev Qaynarinfo-ya açıqlamasında "Tədris-film"in direktoru Elnur Mehdiyevin qurumdakı yeyintiləri ilə bağlı yeni faktlar olduğunu iddia edib:

"Universitetin Kinorejissorluq fakültəsini bitirmişəm. "Tədris-film"in ARKA-ya (Azərbaycan Respublikası Kino Agentliyi) təqdim etdiyi layihələrdən biri - "Düşmüş mələk" filmi mənimdir. Filmin çəkilişi fevral ayında yekunlaşdırılıb və təqdim olunub. "Düşmüş mələk" filmi mistik janrda çəkilib.

Bu film belə yarandı: bir gün Elnur müəllim gəldi və dedi ki, biz ARKA ilə əməkdaşlıq edəcəyik, onlar bizə filmlərin çəkilməsi üçün büdcə ayırır, siz də hazır senarinizi gətirin. Öncədən hazır olan senarilərimdən birini təqdim etdim, baxıb bəyəndilər. Başqa tələbələrə də təklif etdilər, amma onlar senari gətirmədi. Məndən başqa bir nəfər öz senarisini təqdim etdi. Elnur müəllim digər senariləri tələbələrin adı ilə guya onların öz senarisi kimi təqdim etdi. Məsələn, Yusif Quliyev adlı müəllimin senarisini bir tələbəyə verib, guya onun öz senarisi kimi göstərdi. Senarilərin hamısını Elnur müəllim özü seçmişdi.

Təqdim olunmasından iki il keçsə də, çəkiliş uzandı. Çəkiliş başlamadan öncə müəllimə smeta layihəsi verdim. Pulların köçürülməsinə gələndə, Elnur müəllim başqa cür davrandı. Təxminən 5-6 ay pullar köçürülmədi. Nə deyirdimsə, deyirdi ki, "mənə aidiyyatı yoxdur, get özün elə”. Təxminən iki min manat öz cibimdən xərclədim, halbuki pulu o verməliydi. Həmin ərəfədə öyrəndim ki, Elnur müəllim ötən il tələbələrin çəkdiyi filmlərin hamısına şişirdilmiş maliyyə qiymətləri yazıb. Məsələn, tələbə 2000 manata film çəkib, amma ona 1500 manat köçürülüb. Əslində isə sənəddə layihənin daha baha başa gəldiyi göstərilib.

Mənim filmimin çəkilişi 3 gün çəkib, amma Elnur müəllim ARKA-ya bildirib ki, film 10 günə çəkilib. Mən ona dedim ki, film 3 gün deyil, 4-5 gün çəkə bilər, o isə dedi: "Mənə aidiyyatı yoxdur, 4-cü günə keçsə, onun xərclərini özün qarşılayacaqsan”. Film bitdi və uzun aylardan sonra pullarımı ala bildim”.

Elmar Fərzəliyev ikinci filmin çəkilişlərinə başlamaq istəyəndə, Elnur Mehdiyev maliyyənin olmadığını bildirib:

"İkinci filmdə mən ikinci rejissoram. Dedi ki, vəziyyət pisdir, film çəkə bilmirik. Mən tələbə olduğum halda dedim ki, borca pul taparam, təki film çəkilsin. Dedim ki, məni prodüser kimi yazın, qonarar almaram, amma prodüserin qonararını köçürərsiniz, götürdüyüm borcu onunla qaytararam. Direktor bir qəpik pul qoymur, tələbə borc tapır ki, film çəkilsin.

Anlaya bilmirəm, bu adam niyə prodüserdir, niyə onu "Tədris-film”ə direktor qoyublar? Ondan yaxşı iş görürəm, heç kəsi tanımır, bütün heyəti mən gətirmişəm. Onların hamısını işə mən gətirdiyimdən zərər çəkirəm, deyirlər: "Pul nə oldu, biz sizi tanıyırıq”. İyunun əvvəlində çəkilən filmin pulları hələ də verilməyib. Kamal Müşfiq ARKA tərəfindən koordinator təyin edilib ki, kömək etsin. Əşyalarını lombarda qoyub, evdəki televizor və kompüteri də girov qoyub ki, filmlər çəkilsin. Elnur Mehdiyev isə yediyi pullardan iş üçün heç nə qoymur. İndi müsahibə verir ki, pul yoxdur. Pul yoxdursa, "Tədris-film” niyə var? Niyə sən onun direktorusan? Bütün dünyada sistem belədir ki, pulu prodakşn qarşılayır”.

Elmar Fərzəliyevin sözlərinə görə, bu gün "Tədris-film”in ona təxminən iki min manat borcu var:

"Hərəyə bir yalan deyir. ARKA onlara pul köçürməyə hazırdır, amma "Tədris-film”in vergiyə 4000 manat borcu var. Buna görə də ARKA "Tədris-film”ə pul köçürə bilmir. Əgər pul köçürülsə, onlar da bizim borcu qaytarar. Direktor hələ indi bilir ki, onun vergi borcu var”.

Elmar Fərzəliyev məhkəməyə müraciət edəcəyini bildirib:

"Mənim bu barədə qərarım belə olacaq – məhkəmə və qanun. Biz bunu belə qoymayacağıq. Şikayət edirik, amma baxan, dinləyən yoxdur. Ona görə məsələni qanunla həll edəcəyik”.

"Tədris-film" kinostudiyasının direktoru Elmar Fərzəliyevin ittihamlarına cavabı qısa olub. O, Qaynarinfo-ya açıqlamasında deyib:

"Bizdə maliyyənin köçürülməsini gözləyirik. Maliyyə köçəndən sonra, bütün ödənişlər ediləcək".

Xatırladaq ki, bir müddət öncə saytımızda "Tədris-film”in tələbələri ilə ARKA arasında yoxa çıxan 167 min manat qalmaqalı” başlıqlı yazı dərc olunub. Yazıda ADMİU-nun nəzdində fəaliyyət göstərən "Tədris-film” kinostudiyasının tələbələri üçün ayrılan maliyyə vəsaitinin düzgün xərclənməməsi ilə bağlı faktlar qeyd olunub.

Tələbələr bildirib ki, "Tədris-film” kinostudiyası ilə Kino Agentliyi arasında bağlanan müqaviləyə görə 12 tələbə filminin istehsalına dövlət büdcəsindən 167 min manat ayrılıb. Sözügedən müqaviləni Agentlikdən keçmiş sədr Orxan Fikrətoğlu, "Tədris-film” kinostudiyasından isə direktor Elnur Mehdiyev imzalayıb.

Tələbələrin bildirdiyinə görə, 167 min manatdan "Tədris-film”ə 50 mindən bir qədər artıq pul köçürülsə də, tələbələrə maliyyənin verilməsi üçün zamana ehtiyac olduğu bildirilib.

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see285

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see282

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see210

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see204

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see200

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see181

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see179

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see148

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see146

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see144

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see139

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see137

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see136

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see131

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see131

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see130

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see128

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see128

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see127

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri