Icma.az
close
up
RU
“Tədris film”in tələbələri ilə ARKA arasında yoxa çıxan 167 min manat qalmaqalı

“Tədris film”in tələbələri ilə ARKA arasında yoxa çıxan 167 min manat qalmaqalı

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən”Tədris-film” kinostudiyasının tələbələri üçün ayrılan maliyyə vəsaitinin düzgün xərclənməməsi ilə bağlı faktlar üzə çıxıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözügedən universitetin tələbələri məlumat verib.

Onlar ötən ilin iyununda tələbə filmlərinin istehsalına dəstək vermək üçün universitetin nəzdində fəaliyyət göstərən “Tədris-film” kinostudiyası ilə Kino Agentliyi arasında müqavilə bağlandığını bildirib. Müqaviləyə əsasən, 12 tələbə filminin istehsalına dövlət büdcəsindən 167 min manat ayrılıb. Sözügedən müqaviləni Agentlikdən keçmiş sədr Orxan Fikrətoğlu, “Tədris-film” kinostudiyasından direktor Elnur Mehdiyev imzalayıb.

Tələbələrin bildirdiyinə görə, 167 min manatdan “Tədris-film”ə 50 mindən bir qədər artıq pul köçürülüb. Və bu məbləğə 4 film təhvil verilib. Digər filmlər isə hələ hazır deyil. “Tədris-film”dən tələbələrə pulun ayrılması üçün zamana ehtiyac olduğunu vurğulayıblar.

Filmlərin təhvili üçün tələbələrə bu ilin mayın 29-a kimi vaxt verilib. Və sonda “Tədris film”dən tələbələrə bildiriblər ki, nəzərdə tutulmuş maliyyə vəsaitini gözləməyin, verilməyəcək. Kim film çəkmək istəsə, öz şəxsi vəsaiti hesabına çəksin.

Tələbələrin sözlərinə görə, 50 minin müqabilində çəkilən filmlərlə bağlı ümumi hesabat Kino Agentliyinə təqdim olunmalıdır və bundan sonra tələbələrin işlərini tamamlaması üçün yerdə qalan məbləğ ödəniləcək.

Tələbələrin sözlərinə görə, hazır olan hər 4 filmə 2-3 min arası pul verilib. Bu da təxminən 12 min manat edir. Bəs 50 min manat vəsaitin qalan hissəsi hanı?

Ümumi götürəndə, 167 min manat 12 tələbə filmi üçün böyük məbləğdir. Əgər düzgün prodüser siyasəti olsaydı, bu məbləğə nəinki 12, 20 normal qısametrajlı tələbə filmi çəkmək olardı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-Televiziya Sənətləri kafedrasının müdiri, “Tədris-film” kinostudiyasının baş direktoru Elnur Mehdiyev Qaynarinfo-ya açıqlamasında tələbələrin şikayətini haqsız adlandırıb:

“Tələbələr sizə şikayət etməklə özbaşınalıq ediblər. Yanlış məlumatdır. Çünki tələbə düşünür ki, əvvəlcədən maliyyə ayrılacaq və onlar da həmin pula film çəkməlidirlər. Amma “Tədris-film”in ARKA (Azərbaycan Respublikası Kino Agentliyi-red.) ilə müqaviləsinin şərtləri ayrıdır. Müqavilədə göstərilir ki, ancaq film çəkilib təqdim ediləndən sonra maliyyə ayrılmalıdır”.

Bəs nəzərdə tutulan senarilər, filmlər hansı maliyyə ilə çəkilməlidir?

Elnur Mehdiyev problemin buradan qaynaqlandığını əlavə edib:

“Mənim də davam bunun üstündə olub. Tələbə filmi necə və hansı pulla çəksin? Pul ancaq 5 film üçün ayrılıb. Biz 5 filmi çəkib təhvil verəndən sonra maliyyə ayrılıb. Növbəti layihələri də gərək çəkək ki, bizə pul ayrılsın. Burada anlaşılmayan məqamlar var. Mən həmişə demişəm ki, maliyyə yoxdursa, filmi necə çəkək? Biz inkişaf istəyiriksə, əvvəlcə maliyyə ayrılmalıdır. Maliyyə olmadan filmi necə çəkmək olar? Odur ki, mən müqavilə şərtlərinin dəyişilməsini istəyirəm. Amma hələ də müqavilə şərtləri dəyişilməyib. ARKA-ya yeni rəhbər təyin olunub, onunla görüşüb danışacağıq”.

Redaksiyamıza sonradan zəng edən, ARKA-ın ötənilki müsabiqəsinin qaliblərindən biri – tələbə-kinerejissor Mirhafiz Həsənov bunları deyib:

“Biz filmi çəkib təqdim edəndən sonra mən qonararımı almışam. Bununla bağlı hər hansı problem yaşamadıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri