Adnan Əhmədzadənin həbsi bu klubu çətin vəziyyətdə qoyub müqavilə öhdəliklərini yerinə yetirə bilmirlər
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Bu mövsüm I Liqanın iddialı klublarından biri kimi qəbul olunan "Mingəçevir" klubu çətinliklərlə üzləşib. Buna iş adamı Adnan Əhmədzadənin həbsi səbəb olub.
Sportal.az saytının əldə etdiyi məlumata görə, klub rəhbərliyi futbolçular qarşısındakı öhdəlikləri yerinə yetirə bilmir. Çünki müqavilələr bağlanarkən, heç kim gedişatın bu cür olacağını təsəvvür edə bilməzdi. Klubun sponsoru ASTA (Azerbaijan Sport Talents Academy) şirkəti olsa da, maliyyənin Adnan Əhmədzadə tərəfindən ayrılması heç kimə sirr deyil. Buna görə də, "Mingəçevir"in ümidi dövlətdən gələn aylıq 30 min manata qalıb. Amma o məbləğ aylıq xərcləri və müqavilə öhdəliklərini qarşılamaq üçün yetərsizdir.
Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 08 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















