Icma.az
close
up
RU
Adnan Əhmədzadənin milyonluq əmlakı ilə bağlı müəmma Bağlanan obyekt yenidən açıldı

Adnan Əhmədzadənin milyonluq əmlakı ilə bağlı müəmma Bağlanan obyekt yenidən açıldı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart” mağazalar şəbəkəsinin “Təzə Bazar” filialı bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Ticarət obyektinin açıqlamasında qeyd edilib ki, fasilə müddəti icarə müqaviləsinin bitməsi və bununla bağlı texniki məsələlərin həll edilməsi ilə bağlı olub. Lakin proses Adnan Əhmədzadənin həbs ilə əlaqələndirilir.

Bundan əvvəl isə “Bolmart” haqqında yayılan xəbərlərdən sonra şirkətin rəhbərinin gecə ilə dəyişdirildiyi deyilirdi.

“Bolmart”ın bağlanmasında iş adamının həbsi nə dərəcədə rol oynayır? Adnan Əhmədzadəyə məxsus olan digər obyektlər istintaq prosesi zamanı bağlana bilərmi?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, hansı müəssisənin kimə məxsus olduğunu güman və fərziyyə əsasında demək olmaz:

“Əgər istintaq orqanları rəsmi şəkildə müəyyən etməyiblərsə ki, Adnan Əhmədzadəyə məxsus hansı əmlak var və həmin mülk hansı səbəbdən fəaliyyətini dayandırıb, bu mövzuda hər hansı fikir bildirmək mümkün deyil. Çünki istintaq orqanı bu barədə heç bir rəsmi açıqlama verməyib və məsələ istintaq sirri hesab olunur. Ola bilər ki, istintaq bu cür məlumatların açıqlanmasını məqsədəuyğun saymayıb.

Sərdar Cəlaloğlu

Lakin prezidentin büdcədən qanunsuz çıxarılan və korrupsiya yolu ilə əldə edilən əmlakın dövlətə qaytarılması ilə bağlı sərəncamı mövcuddur. Əgər Adnan Əhmədzadənin mülkiyyəti mövcuddursa və dövlətə 5 milyard manat ziyan vurduğu müəyyən olunubsa, həmin əmlakın hərraca çıxarılaraq ziyanın ödənilməsi həm qanunun, həm də prezident sərəncamının tələbidir. Bunun üçün ilk növbədə istintaq orqanları konkret adı çəkilən müəssisələrin kimə məxsus olduğunu və onların Adnan Əhmədzadə ilə real bağlılığını rəsmi şəkildə müəyyənləşdirməlidir”.

Hüquqşünas Ellada Bayramova isə bildirib ki, qanunvericiliyə görə ticarət obyektləri və şirkətlərin fəaliyyəti yalnız konkret hüquqi əsaslar olduqda məhdudlaşdırıla bilər:

“Cinayət Prosessual Məcəlləsinin 249-251-ci maddələrinə əsasən, istintaq orqanı əmlakın müsadirəsi, üzərinə həbs qoyulması və ya istifadəsinin məhdudlaşdırılması barədə qərar verə bilər. Bu qərarlar yalnız əmlakın cinayət yolu ilə əldə edilməsi və ya cinayət əməlinin predmetinə çevrilməsi ilə bağlı əsaslandırılmış şübhə olduqda tətbiq edilir. Obyektin bağlanması mülkiyyətçinin sahiblik hüququnun məhdudlaşdırılması deməkdir və belə addım yalnız məhkəmə qərarı ilə mümkündür”.

Hüquqşünas qeyd edib ki, sadəcə sahibinin həbsi obyektin bağlanması üçün əsas sayılmır:

“Bağlanmanın hüquqi əsas qazanması üçün obyektin cinayətlə bağlılığına dair sübut, yaxud əsaslı şübhə olmalıdır. Çünki mülkiyyətçinin həbsi şirkətin fəaliyyətini avtomatik dayandırmır. Hüquqi şəxsin fəaliyyəti direktor, təsisçilərdən biri və ya təyin olunmuş idarəçi tərəfindən davam etdirilə bilər. Yalnız obyekt cinayət işinin birbaşa predmetidirsə və onun vasitəsilə cinayət törədildiyinə dair əsaslı şübhə mövcuddursa istintaq orqanı məhkəməyə müraciət edərək müəssisənin bağlanmasını tələb edə bilər”.

Xatırladaq ki, SOCAR-ın keçmiş vəzifəli şəxsi, iş adamı Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan neftini xam neft məhsulları ilə qarışdırmaqda və bununla da ölkə qanunvericiliyini kobud şəkildə pozmaqda ittiham olunur. O da bildirilir ki, bu həbs korrupsiyaya qarşı mübarizə çərçivəsində atılan addımlardan biri kimi qiymətləndirilir.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see846

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see262

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see228

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see194

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see150

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see145

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see145

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see140

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see134

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see132

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri