Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

ADNSU da elmi konfrans keçirilir

ADNSU da elmi konfrans keçirilir

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 105 illik yubileyi münasibətilə “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans” öz işinə başlayıb. Açılış mərasimindən əvvəl ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, universitetin əməkdaşları və xarici qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər. Universitetin Akt zalında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, sənaye nümayəndələrini, doktorantları və tədqiqatçıları bir araya gətirib. Konfrans elmi və praktiki səviyyədə fikir mübadiləsi aparmaq üçün zəngin platforma rolunu oynayır. Açılış mərasimində çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov tədbirin əhəmiyyətindən bəhs edərək iştirakçıları salamlayıb. O, qeyd edib ki, universitetin 105 illik yubileyi çərçivəsində belə yüksək səviyyəli elmi tədbirin təşkili Azərbaycan elminin beynəlxalq aləmdə tanıdılmasına və ölkənin elmi potensialının nümayişinə mühüm töhfə verir. Rektor makromolekullu birləşmələr sahəsindəki innovasiyaların sənaye və texnologiya sahələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, konfransın təkcə elmi fikir mübadiləsi üçün deyil, həm də universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və gənc tədqiqatçıların beynəlxalq təcrübədən bəhrələnməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib. Sonda, rektor tədbirdə iştirak edən yerli və xarici qonaqlara təşəkkürünü bildirərək konfransa uğurlar arzulayıb. Açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin rektoru professor Nikolay Marin, “Reading” Universitetinin professoru Vitaliy Xutoryanskiy və Malayziya Putra Universitetinin professoru Mohd Sapuan Salit də çıxış ediblər. Onlar elmi əməkdaşlığın genişləndirilməsi, bilik transferi və davamlı inkişaf üçün akademik əlaqələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans makromolekullar sahəsində aparılan tədqiqatların müzakirəsi, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və bu sahədəki aktual çağırışların nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda həmçinin, ADNSU-nun yetişdirdiyi mühəndis kadrların neft və sənaye sahələrinin inkişafına verdiyi töhfələr və universitetin elmi-tədqiqat uğurları vurğulanıb. Konfrans çərçivəsində keçirilən panel sessiyada “Dövlət-Sənaye-Universitet Əməkdaşlıq Modeli – İnnovativ İnkişafın Drayveri kimi” mövzusu ətrafında müzakirələr aparılıb. Paneldə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, SOCAR Downstream şirkətinin proses direktoru Qədir Əliyev, “SOCAR Fugro” MMC-nin direktoru Fikrət Əliyev və “N1” şərab zavodunun İdarə Heyətinin sədri Mətləb Abbasov çıxış edərək öz sahələrindəki innovativ yanaşmaları və təcrübələri bölüşüblər. Konfrans çərçivəsində həmçinin, “Sənayedə Müasir Texnologiyalar və İnnovasiyalar” mövzusunda sərgi təşkil olunub. Sərgidə müasir texnologiyaların tətbiqi və sənayedə innovasiyaların rolu nümayiş etdirilib. Qeyd edək ki, konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi institutları ilə yanaşı, xarici ölkələrdən də onlarla universitetin nümayəndələri qatılıb. Ümumilikdə tədbirə 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, onlardan 27 məqalə və 49 tezis xarici ölkələrin alimləri tərəfindən göndərilib.

Müasir dövr üçün aktual olan və gələcək elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən konfrans müxtəlif mövzulara həsr olunmuş bölmə iclasları ilə iki gün davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri