Icma.az
close
up
RU
ADNSU da Ümummilli Lider Heydər Əliyevin 102 ci ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir

ADNSU da Ümummilli Lider Heydər Əliyevin 102 ci ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı öz işinə başlayıb.

ADNSU-dan AZƏRTAC-a verilən məlumata görə, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açılıb.

Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Konfransda açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının bu gün də öz bəhrəsini verdiyini vurğulayıb. Bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf xətti müasir Azərbaycan elmi və təhsilinin istiqamətini formalaşdırıb.

“ADNSU olaraq, biz də bu ali ideallara sadiq qalaraq elm və təhsilin inteqrasiyasını gücləndirmək, universitetimizi qabaqcıl elmi-tədqiqat və innovasiya mərkəzinə çevirmək istiqamətində ardıcıl və məqsədyönlü addımlar atırıq”, - deyə Rüfət Əzizov vurğulayıb.

Rektor konfransın əhəmiyyətinə toxunaraq qeyd edib ki, ADNSU-nun qarşısında duran əsas hədəflərdən biri onu elmi-tədqiqat müəssisəsinə çevirməkdir. Onun sözlərinə görə, universitetin elmi nailiyyətləri, atılan strateji addımlar, elm və innovasiya sahəsində əldə edilən uğurlar, eləcə də universitetin beynəlxalq elmi-metrik bazalardakı yüksəlişi bu məqsədə doğru mühüm bir irəliləyişin göstəricisidir: “Biz təkcə tədrislə kifayətlənmirik. Elmi fəaliyyətlərə, innovasiyalara və yüksək səviyyəli tədqiqatların həyata keçirilməsinə geniş imkanlar yaradırıq. Tədqiqat mərkəzlərimizin fəaliyyəti genişlənir, beynəlxalq elmi jurnallarda nəşr olunan məqalələrin sayı artır, doktorant və gənc tədqiqatçılarımızın uğurları isə təqdirəlayiqdir”.

Daha sonra ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və Humanitar fənlər kafedrasının professoru İradə Nuriyeva çıxış edərək konfransın gənc tədqiqatçılar üçün əhəmiyyətindən danışıblar.

Bölmə iclasları ilə davam edən konfrans mayın 8-də başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri