Icma.az
close
up
RU
ADNSU da “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3 cü Beynəlxalq Elmi Konfrans” keçirilir

ADNSU da “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3 cü Beynəlxalq Elmi Konfrans” keçirilir

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 105 illik yubileyi münasibətilə "MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans” öz işinə başlayıb.

AZXEBER.COM xəbər verir ki, açılış mərasimindən əvvəl ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, universitetin əməkdaşları və xarici qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Universitetin Akt zalında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, sənaye nümayəndələrini, doktorantları və tədqiqatçıları bir araya gətirib. Konfrans elmi və praktiki səviyyədə fikir mübadiləsi aparmaq üçün zəngin platforma rolunu oynayır.

Açılış mərasimində çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov tədbirin əhəmiyyətindən bəhs edərək iştirakçıları salamlayıb. O, qeyd edib ki, universitetin 105 illik yubileyi çərçivəsində belə yüksək səviyyəli elmi tədbirin təşkili Azərbaycan elminin beynəlxalq aləmdə tanıdılmasına və ölkənin elmi potensialının nümayişinə mühüm töhfə verir. Rektor makromolekullu birləşmələr sahəsindəki innovasiyaların sənaye və texnologiya sahələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, konfransın təkcə elmi fikir mübadiləsi üçün deyil, həm də universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və gənc tədqiqatçıların beynəlxalq təcrübədən bəhrələnməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib. Sonda, rektor tədbirdə iştirak edən yerli və xarici qonaqlara təşəkkürünü bildirərək konfransa uğurlar arzulayıb.

Açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin rektoru professor Nikolay Marin, "Reading” Universitetinin professoru Vitaliy Xutoryanskiy və Malayziya Putra Universitetinin professoru Mohd Sapuan Salit də çıxış ediblər. Onlar elmi əməkdaşlığın genişləndirilməsi, bilik transferi və davamlı inkişaf üçün akademik əlaqələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans makromolekullar sahəsində aparılan tədqiqatların müzakirəsi, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və bu sahədəki aktual çağırışların nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda həmçinin, ADNSU-nun yetişdirdiyi mühəndis kadrların neft və sənaye sahələrinin inkişafına verdiyi töhfələr və universitetin elmi-tədqiqat uğurları vurğulanıb.

Konfrans çərçivəsində keçirilən panel sessiyada "Dövlət-Sənaye-Universitet Əməkdaşlıq Modeli – İnnovativ İnkişafın Drayveri kimi” mövzusu ətrafında müzakirələr aparılıb. Paneldə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, SOCAR Downstream şirkətinin proses direktoru Qədir Əliyev, "SOCAR Fugro” MMC-nin direktoru Fikrət Əliyev və "N1” şərab zavodunun İdarə Heyətinin sədri Mətləb Abbasov çıxış edərək öz sahələrindəki innovativ yanaşmaları və təcrübələri bölüşüblər.

Konfrans çərçivəsində həmçinin, "Sənayedə Müasir Texnologiyalar və İnnovasiyalar” mövzusunda sərgi təşkil olunub. Sərgidə müasir texnologiyaların tətbiqi və sənayedə innovasiyaların rolu nümayiş etdirilib.

Qeyd edək ki, konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi institutları ilə yanaşı, xarici ölkələrdən də onlarla universitetin nümayəndələri qatılıb. Ümumilikdə tədbirə 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, onlardan 27 məqalə və 49 tezis xarici ölkələrin alimləri tərəfindən göndərilib.

Müasir dövr üçün aktual olan və gələcək elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən konfrans müxtəlif mövzulara həsr olunmuş bölmə iclasları ilə iki gün davam edəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 Aprel 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri