Icma.az
close
up
RU
ADP ölkə başçısını İstiqlal Bayramı münasibəti ilə əfv fərmanı imzalamağa çağırdı

ADP ölkə başçısını İstiqlal Bayramı münasibəti ilə əfv fərmanı imzalamağa çağırdı

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məıumata əsasən, toplantı iştirakçıları ilk növbədə nüvə arsenalına malik Pakistanla Hindistan arasında davam edən hərbi gərginliyin səngiməsini, tərəflər arasında atəşkəslə bağlı razılıq əldə edilməsini təqdir edib, bölgə və dünya üçün təhlükə mənbəyinə çevrilə biəcək bu qarşıdurmanın diplomatik yolla çözülməsindən məmnun olduğunu diqqətə çatdırıb.

Partiya rəsmiləri dövlətimizin qardaş Türkiyə ilə eyni siyasi xətt izləyərək dost Pakistanın haqlı mövqeyini müdafiə etməsini, Pakistanla hərtərəfli əlaqələrin, strateji əməkdaşlığın sonrakı inkişafına daha geniş stimul verəcəyinə, ölkəmizə qarşı yarana billəcək regional və beynəlxalq təhdidlərin neytrallaşdırılmasında bu dost ölkənin daha etibarlı şəkildə mövqe nümayiş etdirəcəyinə əminliyini ifadə edib.

İdarə Heyəti dövlət başçısı İlham Əliyevin Kremldə düzənlənən 9 may paradına getməkdən imtina etməsini müsbət dəyərləndirib və bu prinsipial addımın, məlum təyyarə qəzasından sonra Rusiyanın sərgilədiyi soyuq münasibətə, rəsmi media resurslarında Azərbaycana qarşı başlatdığı qaralama kampaniyasına, iki dövlət arasında müttəfiqlik fəaliyyəti haqqında bağlanmış müqavilənin ruhuna zidd davranış nümayiş etdirməsinə adekvat reaksiya olduğunu bildirib.

İdarə Heyəti Türkiyədə uzun illərdən bəri kök salan, arxasına aldığı güc dövlətlərinin yardımı ilə qardaş ölkənin varlığını sarsıtmaqdan geri durmayan, nəinki Türkiyə üçün, eləcədə Yaxın və Orta Şərq müsəlman dünyası üçün təhlükə mənbəyinə çevrilən PKK terror təşkilatının silahı yerə qoyması, kürd probleminin bundan sonra dinc, demokratik yolla həll edilməsinə razılıq verməsini təqdir edib və bu hadisəni Türkiyənin qanlı terrora qarşı apardığı effektli mübarizənən nəticəsindən doğduğunu bildirib.

İdarə Heyəti Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarına ilkin şərt qoyulmadan razı olması ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirib. Üç ildən artıq davam edən, Ukraynanın böyük bir kəsiminin işğal altına düşməsinə, hər iki tərəfdən yüz minlərlə insanın ölümünə səbəb olan, humanitar fəlakət yol açan bu qanlı müharibənin sona yetməsi üçün  Rusiya və Ukrayna prezidentlərinin mayın 15-də İstanbulda bir araya gəlmək təşəbbüsünü təqdir edib və bu görüşün məhz İstanbulda baş tutmasını qardaş Türkiyənin qlobal siyasətdə söz sahibi olması faktı kimi dəyərləndirib.

İdarə Heyəti son vaxtlar sosial şəbəkələrdə çirkli suların axıdılaraq Ceyranbatan su anbarına dolması ilə bağlı yayımlanan video materiallardan cidddi narahat olduğunu bildirib və müvafiq orqanları bu faktların doğruluğunu araşdırmağa, Ceyranbatan su anbarının çirkli sulardan qorunması üçün antisanitariya tədbirləri almağa, Bakı və ətraf rayonların su təchizatında yaranmış problemələri aradan qaldırmaq üçün ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti həbsdə saxlanılan Tofiq Yaqublunun ailəsi və yaxın silahdaşlarının təkidindən sonra həbsinə etiraz əlaməti olaraq başlatdığı aclıq aksiyasını dayandırmasını təqdir edib və ölkə prezidentini ölkədə milli həmrəyliyin, vətəndaş-dövlət bağlılığının qorunması naminə humanistlik göstərməyə, T.Yaqublunun və müxtəlif adlar altında həbs edilən digər siyasi aktivlərin, jurnalistlərin azad edilməsinə yönəlik xoşməramlılıq nümayiş etdirməyə və bundan dolayı qarşıdan gələn 28 May İstiqlal Bayramı münasibəti ilə əfv fərmanı imzalamağa çağırıb.

Hazırladı: KƏNAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri