Icma.az
close
up
RU
Adrian Neaqa: Neftçi nin heyətində ən unudulmaz anlar Xəzər Lənkəran a qalib gəldiyimiz oyun idi MÜSAHİBƏ

Adrian Neaqa: Neftçi nin heyətində ən unudulmaz anlar Xəzər Lənkəran a qalib gəldiyimiz oyun idi MÜSAHİBƏ

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi"nin sabiq futbolçusu, Rumıniya millisinin keçmiş üzvü Adrian Neaqa Sportal.az saytına müsahibə verib. “Styaua”, “Əl-Nəsr”, “Seonqam” kimi klublarda oynadıqdan sonra 2009-cu ildə “Neftçi”yə keçmiş 45 yaşlı futbol veteranı ölkəmizdəki vaxtlarını xatırlayıb.

"Qarabağ”ın son illərdə Azərbaycan futbolunda dominantlıq etdiyini, hətta Avropa matçlarında da nəticələrinin olduğunu bilirəm"

- Hazırda nə işlə məşğul olursan? 

- Hazırda futbol sahəsində işləyirəm. Futbol agenti kimi çalışıram. Ancaq indi daha çox uşaq futbolundayam. Hər halda, futbol sahəsində çalışıram, futboldan kənar qalmamışam.

- Azərbaycan futbolunu izləyirsən? Son vaxtlarda diqqətini çəkən əsas məqam hansı olub? 

Düzünü desəm, hansısa komandanı xüsusi olaraq izləməmişəm. Amma Azərbaycan futbolunun son illərdəki nəticələrindən də xəbərdaram. Məsələn, “Qarabağ”ın son illərdə Azərbaycan futbolunda dominantlıq etdiyini, hətta Avropa matçlarında da nəticələrinin olduğunu bilirəm. 

"Neftçi"də oynadığım bütün matçları yaxşı xatırlayıram"

- Sabiq komandan "Neftçi" haqda nə düşünürsən?

Bəli, “Neftçi”nin də nəticələri ilə maraqlanram. Daha çox turnir cədvəlinə baxıram. “Neftçi”nin turnir cədvəlində o qədər də yaxşı durumda olmadığını görürəm. Gördüyüm qədərilə, artıq neçə illərdir ki, vəziyyət belədir. Ümidvaram ki, vəziyyət daha yaxşı olar.

- "Neftçi"dəki oyunları heç xatırlayırsan?

Əlbəttə ki, "Neftçi"də oynadığım bütün matçları yaxşı xatırlayıram. Həqiqətən də çox yaxşı günlər idi. Hər zaman meydanda sona qədər mübarizə aparmaq, komandaya kömək olmağa çalışırdım. İndi isə komandada nə baş verdiyini bilmirəm. 

"Neftçi"nin heyətində ən unudulmaz anlarım “Xəzər Lənkəran”a qalib gəldiyimiz oyun idi"

- Sənin üçün "Neftçi"nin heyətində ən unudulmaz matç hansıdır? Hansı məqamları daha çox xatırlayırsan?

"Neftçi"nin heyətində ən unudulmaz anlarım “Xəzər Lənkəran”a qalib gəldiyimiz oyun idi. Həqiqətən də çox gözəl, unudulmaz matçlar idi. Təbii ki, heç bir matç yaddaşımdan silinməz. Sadəcə “Xəzər Lənkəran”a qarşı görüşü daha çox xatırlanır. 

Sizə bir yadımda qalan hadisəni danışım. "Neftçi"də oynayanda ən unudulmaz digər hadisə isə Lənkərandan ayrılanda insanların bizim avtobuusu daşla vurması, pəncərələri sındırması, həmin hadisə zamanı isə üzümün kəsilməsi idi. O vaxtı bu iki komandanın oyunlarını xatırlayırsınız da...Həmin vaxtı “Neftçi”də yaxşı futbolçular var idi. İndiyə qədər Suat Usta ilə hələ də əlaqəmiz qalıb. 

- Azərbaycanda yaşadığın ən maraqlı hadisə hansı idi? İstər futbolda, istərsə də futboldan kənar...

Bildiyim qədərilə bizim üçün yeni baza inşa ediləcəkdi. O da keçmiş baza tərəflərdə idi. Səhv xatırlamıramsa, klubun bazanın inşası üçün ayrılan yeri qazmışdılar və oradan benzin çıxmışdı. 

"Neftçi"də Mutunun istədiyi futbolçular yox idi"

- Maraqlıdır, nəyə görə "Neftçi"də uzun illər qalmamışdın? Yəqin ki, özün uzun müddət "Neftçi"də qalmaq istəyərdin?

Bilirsiz, çoxlu dəyişikliklərin olduğu dövr idi. Klub tez-tez və çox məşqçi dəyişirdi. Ardınca isə klub prezidenti də dəyişdirildi. Müqaviləm bitdi və mən o vaxt Çempionlar Liqasının ilkin mərhələsində çıxış edən başqa komandaya getdim.

- Bir müddət əvvəl "Neftçi"ni Adrian Mutu çalışdırırdı. Amma Mutunun “Neftçi"dəki karyerası uğursuz oldu. Belə olacağını ehtimal edirdin? Həmin ərəfədə Mutu ilə danışırdın?

Məncə, komandada onun istədiyi futbolçular yox idi. Bir müddət əvvəl “Petrolul”la anlaşdı. Ümid edirəm ki, o, bu klubla nəticələr qazanacaq. 

- "Neftçi” rumıniyalı futbolçular gətirmir. Səndən sonra komandaya yalnız Katalin Tira dəvət edilmişdi. Yəqin ki, həmyerlilərini "Neftçi"də görmək istəyərdin?

Məncə, Azərbaycanda çoxlu rumıniyalı futbolçular oynaya bilər. Həqiqətən onların Azərbaycana gəlib çıxmamasının səbəbini bilmirəm. Amma hər klubun öz strategiyası var. Düşünürəm ki, orada olduğum müddətdə yaxşı təkamül keçirdim və digər rumıniyalılar da bu cür edə bilər. Bildiyim qədərilə Bakıda çoxlu dəyişikliklər var. İnfrastruktur, yeni stadionlar...

- Azərbaycanda hazırda hegemonluq edən "Qarabağ"dır. "Neftçi" isə hazırda turnir cədvəlində 8-ci pilləsindədir. Bu haqda fkrin necədir? "Neftçi"ni bu pillələrdə görmək sənin üçün üzücüdür?

Təbii ki, “Neftçi”nin hazırda 8-ci pillədə qərarlaşması mənim üçün üzücüdür. Ümidvaram ki, onlar “Neftçi”ni layiq olduqları yerə yüksəldəcəklər. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri