Icma.az
close
up
RU
Adriana Lima və Alessandra Ambrosio “Trendyol”la əməkdaşlığa başladı

Adriana Lima və Alessandra Ambrosio “Trendyol”la əməkdaşlığa başladı

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri “Trendyol” əfsanəvi moda simaları Adriana Lima və Alessandra Ambrosio ilə əməkdaşlığa başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, modellərin ümumilikdə 32 milyondan çox izləyicisi olan sosial media auditoriyasına təqdim edilən eksklüziv kolleksiyalar qlobal moda dünyasında böyük maraq yaradıb. 

Bu əməkdaşlıq “Trendyol”un Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkəni əhatə edən qlobal inkişaf strategiyasını əks etdirir.

Dünyaya səs salan bu kampaniya çərçivəsində moda dünyasının məşhur simaları Adriana Lima və Alessandra Ambrosio “Trendyol”un geniş məhsul portfelindən seçdikləri favorit parçaları izləyiciləri ilə bölüşərək öz fərdi üslub və moda baxışlarını ön plana çıxarıblar.  

Türkiyə, Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkədə fəaliyyət göstərən Trendyol beynəlxalq mövqeyini yüksək səviyyəli tərəfdaşlıqlar vasitəsilə daha da gücləndirir.  Şirkət ötən il keçirilən “Əfsanəvi noyabr” kampaniyası çərçivəsində dünya şöhrətli futbolçu Kriştianu Ronaldonun nişanlısı Corcina Rodrigez ilə də əməkdaşlıq edib. Platformanın Körfəz ölkələrində keçirdiyi kampaniyanın sosial media siması olan Rodrigez, “Trendyol”un geniş çeşidindən seçdiyi sevimli məhsullarını 72 milyon izləyicisi ilə paylaşıb.

Adriana Lima və Alessandra Ambrosio 2000-ci illərin əvvəllərindən etibarən podium dünyasının ən tanınmış simaları sırasında yer alırlar. Braziliya əsilli Lima 1999-cu ildə “Victoria’s Secret Fashion Show”-da iştirak etdikdən sonra qlobal şöhrət qazanıb, 19 dəfə “Mələk” kimi podiuma çıxıb və dünyanın aparıcı dəb jurnallarının üz qabığında yer alıb. Karyerası boyunca o, moda sənayesinin ən nüfuzlu nümayişlərində iştirak edib və demək olar ki, bütün aparıcı moda evlərinin reklam kampaniyalarının siması olub.

Ambrosio isə “Victoria’s Secret” podiumunda ilk dəfə 2000-ci ildə çıxış edib və Lima kimi bu şouda 19 dəfə iştirak edib. O, podium karyerası ilə yanaşı, film və seriallarda da çəkilib. Ambrosio karyerası ərzində bir çox qlobal moda brendlərinin reklam kampaniyalarında yer alıb və onların siması kimi çıxış edib.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri