Icma.az
close
up
RU
ADSEA üzr istədi: Ərazilərə su maşınları da göndərilir

ADSEA üzr istədi: Ərazilərə su maşınları da göndərilir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Bakıda verilən suyun həcminin müvəqqəti azaldılması ilə bağlı ADSEA məlumat yayıb. 

Bildirilib ki, səbəb anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir. 

Yay fəslində suya tələbatın xüsusilə artdığını nəzərə alsaq, həmin texniki işlərin daha öncədən, məsələn, qış fəslində icra edilməsi məqsədəuyğun deyilmi?

Məsələ ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq ADSEA-dan bildirilib ki, su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir: 

“Bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir.

Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq. 

Hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejimini təqdim edirik:

Xətai rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00
Nizami rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00
Suraxanı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-17:00, 06:00-19:00, 22:00-01:00
Binəqədi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00
Nərimanov rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00
Yasamal rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 06:00-22:00, 18:00-22:00 
Sabunçu rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-12:00, 22:00-02:00
Xəzər rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 00:00-12:00
Pirallahı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-17:00
Nəsimi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-21:00".
Qeyd edilib ki, bəzi ünvanlarda yuxarı mərtəbələrə suyun çatdırılmasında çətinlik daha çoxdur: 

"Bu kimi ərazilərdə sukanal idarələri tərəfindən su maşınları ilə xidmət göstərilir. Bir daha xatırladaq ki, tənzimləmə işləri sürətlə və fasiləsiz şəkildə aparılır.  Su təminatında yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyun 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see359

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see314

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see286

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see281

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see276

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see272

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see262

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see250

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see248

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see234

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see233

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see229

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see228

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see223

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see217

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see215

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see213

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see201

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see194

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri