ADU və “Qayıdış” İB nin birgə təşkilatçılığı ilə Manya Səxavətqızı ilə görüş olub FOTOLAR
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2 aprel 2025-ci il tarixində 31 mart Azərbaycanlıların Soyqırımı gününün 107-ci, Şanlı Aprel döyüşlərinin 9-cu ildönü ilə əlaqədar Azərbaycan Dillər Universitetinin (ADU) və “Qayıdış” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, AYB-nin və AJB-nin üzvü Manya Səxavətqızı ilə görüş keçirilib.
Bu barədə Mia.az-a verilən məlumata görə, görüşdə ADU-nun müəllim və tələbə heyəti ilə yanaşı, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri də iştirak edib.
Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükut ilə və Azərbaycan Dövlət Himni ilə açıq elan olunuub.
Daha sonra ilk olaraq ADU-nun Qafqazşunaslıq və Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Bağırova Şəlalə Vaqif qızı qonaqları salamlayaraq görüşün əhəmiyyətini vurğulayıb.
“VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri yazıçı, jurnalist Manya Səxavətqızı və layihənin dəstəkçisi Şahin Məmmədov ərsəyə gətirdikləri kitablar barədə məlumat veriblər.
Görüşün təşkilatçısı “Qayıdış” İB sədri Hasil Tağıyev bu kimi kitabların və görüşlərin gənclərdə vətənpərvərlik hissinin aşılanması üçün vacibliyini vurğulayıb.
Tədbirin sonunda tələbələrə hədiyyələr verildi və xatirə şəkili çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 02 Aprel 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















