ADY uşaqlar üçün maarifləndirici tur təşkil etdi VİDEO
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) uşaqlar üçün maarifləndirici proqram təşkil edib.
Redaktor.az xəbər verir ki, bu barədə ADY-nin mətbuat xidməti məlumat yayıb.
Aksiya çərçivəsində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evinin himayəsində olan uşaqlar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə müasir qatarla səyahət ediblər. Səfərin sonunda azyaşlılar Azərbaycan Dəmiryol Muzeyini ziyaret edərək dəmir yolunun tarixi və ölkənin inkişafındakı rolu ilə yaxından tanış olublar.
Maraqlı və maarifləndirici proqram uşaqların dünyagörüşünü genişləndirmək, onlarda dəmir yolu nəqliyyatının tarixi barədə biliklər formalaşdırmaq məqsədi daşıyıb. Tədbirin sonunda uşaqlara ADY tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Oktyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















