Icma.az
close
up
RU
ADYnin COP HAZIRLIĞI SƏRNİŞİNLƏRİN NARAZILIĞINA SƏBƏB OLDU Qatarlardakı sıxlığın səbəbi nədir? + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

ADYnin COP HAZIRLIĞI SƏRNİŞİNLƏRİN NARAZILIĞINA SƏBƏB OLDU Qatarlardakı sıxlığın səbəbi nədir? + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə yola düşən elektrik qatarlarının sayını azaltması vaqonlarda sərnişin sıxlığına səbəb olub.

“AzPolitika” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Paylaşılan kadrlarda saat 09:15-də Sumqayıtdan Bakıya yola düşən qatarda sərnişin sıxlığının yarandığı, insanların qatara minib-düşməkdə çətinlik çəkdiklərini görmək mümkündür. 

Qeyd edək ki, yaranan sıxlığın başlıca səbəbi Sumqayıtdan saat 10:00 və saat 11:00-da yola düşən sürət elektrik qatarlarnın müvafiq reyslərinin ləğv edilməsi olub. Xatırladaq ki, sözügedən reyslə yanaşı, Bakıdan saat 09:30 və saat 10:00-da yola düşən reyslər də ləğv edilib. 

“ADY”-nin paylaşdığı məlumata əsasən, sözügedən qərar COP-29 tədbirlərinə hazırlıq çərçivəsində qəbul olunub və 30 oktyabr – 7 noyabr tarixlərinədək davam edəcək.


Yaranmış problemlə bağlı qurumun sözçüsü Sənubər Nəzərova “AzPolitika”-ya açıqlamasında bildirib ki, qatarlardakı sıxlığın əsas səbəbi son vaxtlar artan təlabatla əlaqədardır:“Sıxlıq ona görə yaranır ki, insanlar ictimai nəqliyyatla mənzil başına rahat və təhlükəsiz çatmaq üçün elektrik qatarlarından istifadəyə daha çox üstünlük verməyə başlayıblar. Bəzən profilaktik tədbirlər üçün texniki fasilələr götürük. Texniki fasilə odur ki, infrastrukturda işarə vermə qurğuları, kontak şəbəklər və s. bütün uyğunsuzluqlara baxılır. Eyni vaxtda sərnişindaşıma və təmir aparmaq qeyri-mümkün olduğundan müəyyən saat aralığında texniki fasilələr götürülür. Bu zaman pik saatlara toxunmuruq. Hərəkət cədvəlindəki son müvəqqəti dəyişiklik isə COP-29 beynəlxalq tədbirinə hazırlıq məqsədi daşıyır”.

Onu da qeyd edək ki, “ADY” tərəfindən verilən digər bir məlumata görə, bu ilin yanvar-oktyabr aylarında elektrik qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur. Belə ki, 2023-cü və 2024-cü illərin oktyabr ayında daşınan sərnişin sayında isə bu il 24% artım qeydə alınıb.

Bəs maraqlıdır, qurum tələbatın artması səbəbindən gələcəkdə sözügedən marşurut xətti üzrə reyslərin sayını artırmağı düşünürmü?

S. Nəzərova bu suala cavabında bildirib ki, “Stadler” şirkəti ilə olan razılaşmaya əsasən, 2023-2024-cü ildə ümumilikdə 10 qatarın Azərbaycana çatdırılması nəzərdə tutulub.

“Artq onun 6-dan çoxu çatdırılıb. Digərləri də ilin sonuna qədər çatdırılacaq. Bu o deməkdir ki, növbəti ildən yeni qatarlarla daha çox sərnişin tələbatını qarşılamaq mümkün oalcaq”, - deyə qurumun sözçüsü bildirib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları ilə ümumlikdə 7 milyon sərnişin daşınıb.

E. Bəyməmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri