Aeroflot təyyarəsi Bakıda niyə təcili eniş edib? Video 18+
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dubay-Moskva reysi ilə uçan "Aeroflot" təyyarəsi sərnişinlərdən birinin salonda dava salması səbəbindən Bakıda təcili eniş edib. Hadisəyə səbəb sərnişin Roman Paxomovun qeyri-adi davranışları olub.
Axar.az xəbər verir ki, bununla bağlı görüntülər yayılıb.
Sərnişinlərin sözlərinə görə, Paxomov təyyarəyə daxil olarkən sakit və ayıq olub. Lakin uçuş zamanı özü ilə gizlədiyi spirtli içkini içdikdən sonra aqressivləşib. O, qışqırmağa, sərnişinləri və ekipaj üzvlərini təhqir etməyə başlayıb. Onu sakitləşdirmək üçün tədbirlər görülsə də, sərnişin qandalı və yapışqan lenti qıraraq pəncərəni sındırmağa cəhd edib.
Bu vəziyyət kapitanı təyyarəni Bakıda təcili endirmək qərarına gətirib. "Boinq 777" təyyarəsi eniş etdikdən sonra Paxomov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.
Sərnişin ayılandan sonra etdiyi hərəkətləri xatırlamadığını deyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan bundan öncə sərnişinlərdən birinin qeyri-etik davranışına görə təyyarənin məcburi eniş etdiyini təsdiqləmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 28 Dekabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















