“Aeroflot” aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 20 yanvar, AZƏRTAC
“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildirilib ki, “Boeing 737-800” təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.
Bu mövzuda digər xəbərlər:Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib AZƏRTAC
15 Noyabr 2024 09:55
“Air Arabia aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib AZƏRTAC
25 Noyabr 2024 20:18
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya eniş edib AZƏRTAC
15 Noyabr 2024 12:43
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib
15 Noyabr 2024 09:51
Baxış sayı:160
Bu xəbər 20 Yanvar 2025 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















