“Çelsi” Fermini transfer etmək üçün Estevaodan imtina edə bilər
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İngiltərənin “Çelsi” futbol komandasının baş məşqçisi Xabi Alonso İspaniyanın “Barselona” komandasının yarımmüdafiəçisi Fermin Lopesi heyətində görmək istəyir.
İdman.Biz “El Nacional” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi braziliyalı cinah hücumçusu Estevao Villianı 23 yaşlı ispaniyalı futbolçu ilə dəyişmək variantını nəzərdən keçirir.
“Çelsi” uzun müddətdir Ferminin çıxışını izləyir. Lakin transferin reallaşmasına Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flikin mövqeyi mane ola bilər. Almaniyalı mütəxəssis yarımmüdafiəçini komandasının əvəzolunmaz futbolçusu hesab edir və onunla yollarını ayırmaq niyyətində deyil.
Estevao isə London təmsilçisində gözlədiyi qədər oyun vaxtı qazanmır.
Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 11 qarşılaşmada iştirak etsə də, nə qol vurub, nə də məhsuldar ötürmə ilə yadda qalıb. Fermin Lopes isə “Barselona”nın heyətində keçirdiyi 17 görüşdə doqquz qol vurub və yeddi məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 29 Noyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















