Icma.az
close
up
RU
AƏSMA da COP29 a həsr edilən elmi nəşrin təqdimatı olub FOTOLAR

AƏSMA da COP29 a həsr edilən elmi nəşrin təqdimatı olub FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” mövzusunda tədbir təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbir çərçivəsində Konfederasiyanın dəstəyi ilə hazırlanmış “Qlobal Davamlı İnkişaf Strategiyası: İnnovasiya, Modelləşdirmə və İttifaqlar” xüsusi elmi nəşrinin təqdimatı keçirilib. Bununla yanaşı, Akademiyada Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin açılışı olub, həmçinin Konfederasiyanın təşəbbüsü ilə keçirilmiş “Yaşıl gələcək bizim gözümüzlə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri,  Əmək və Sosial Münasibətlər Akademiyasının professor-müəllim heyəti iştirak ediblər. Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə həyata keçirdiyi siyasət və ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində qəbul edilmiş qərarların qlobal əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da iqlim dəyişmələri ilə mübarizə, ətraf mühitin mühafizəsinə dair tədbirlər həyata keçirir və xüsusi elmi nəşrin hazırlanması bu istiqamətdə görülən işlərin davamıdır. Nəşrdə yer alan məqalələrin elmi dəyəri, aktuallığı və COP29-un məqsədlərinin müəyyənləşdirilməsindəki rolu vurğulanıb. Bildirilib ki, nəşr iqlim dəyişmələri ilə bağlı elmi-tədqiqat işləri, oxucuların elmi potensialının inkişafı və müvafiq sahədəki araşdırmalar üçün etibarlı istinad mənbəyidir. Həmçinin yeni yaradılan Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və rəqəmsal identifikasiya sistemlərinin genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc xüsusi elmi nəşrin iqlim dəyişmələri ilə mübarizədə maarifləndirməyə dair önəmini və geniş oxucu auditoriyasında maraq doğuracağına inamlarını ifadə edib, eyni zamanda Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin yaradılmasının milli elmi jurnalların və nəşrlərin davamlı identifikatorlarla təmin olunması baxımından əhəmiyyətindən danışıblar. Tədbir çərçivəsində Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi tərəfindən bir sıra nəşrlərə rəqəmsal obyekt identifikatoru kodu verilib. Sonda “Yaşıl gələcək bizim gözümüzlə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri