Icma.az
close
up
RU
AFAD nümayəndəsi: Zəlzələlərin nəticələrinin aradan qaldırılmasında yardımına görə Azərbaycana minnətdarıq

AFAD nümayəndəsi: Zəlzələlərin nəticələrinin aradan qaldırılmasında yardımına görə Azərbaycana minnətdarıq

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kahramanmaraş, 4 fevral, AZƏRTAC

Türkiyədəki fəlakət bölgəsinə ilk xilasetmə qrupları 2023-cü ilin fevral ayında Azərbaycandan gəlib. Qardaş ölkənin dəstəyi ilə Kahramanmaraşda “Azərbaycan” adlı iri yaşayış kompleksi layihəsi həyata keçirilir. Faciədən sonra göstərdikləri həmrəyliyə və köməyə görə qardaş ölkənin rəhbərliyinə və bütün Azərbaycan xalqına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Fəlakətlərin İdarə Olunması İdarəsinin (AFAD) Zəlzələ Riski və İdarəetmə Departamentinin rəhbəri Orhan Tatar Kahramanmaraş şəhərində jurnalistlərlə görüşdə deyib.

Onun sözlərinə görə, Türkiyədə 2023-cü ilin fevralında baş vermiş zəlzələlər məhvetmə gücünə görə 2000 atom bombası ilə müqayisə oluna bilərdi və irimiqyaslı fəlakətin nəticələri 14 milyon insanın yaşadığı 120 min kvadrat kilometr sahədə hiss olunub.

AFAD nümayəndəsi əlavə edib: “2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən sonra 67 669 afterşok qeydə alınıb. Türkiyənin 124 şəhəri və 6 929 kəndi əhatə edən 11 vilayəti fəlakət zonası elan edilib. Onlarla məskunlaşmış ərazidə irimiqyaslı dağıntılar qeydə alınıb, 53 737 nəfər ölüb, 107 213 nəfər yaralanıb. Türkiyənin 18 vilayətində 2,3 milyondan çox binaya ziyan dəyib, onlardan 39 min 546-sı tamamilə dağılıb, 21 mindən çoxu yararsız hala düşüb. Bundan başqa, 206 mindən çox binaya ciddi ziyan dəydiyi məlum olub”.

Orhan Tatar qeyd edib ki, xilasetmə işlərinə 35 250 mütəxəssis, o cümlədən 93 ölkədən 11 488 xilasedici cəlb olunub. Fəlakət bölgəsinə yardımın çatdırılması üçün 23 dəniz gəmisi, 182 təyyarə, 141 helikopter və 150 min yük maşınından istifadə edilib.

Departament rəhbəri bildirib: “Türkiyənin 11 vilayətinin 2,5 milyon sakini tez bir zamanda çadır və konteyner şəhərlərində, eləcə də ölkənin digər yerlərində müxtəlif obyektlərdə yerləşdirilib. Fəlakət bölgəsində ümumilikdə 350 çadır və 428 konteyner şəhəri yaradılıb. Təkcə konteyner evlərində 707 min Türkiyə sakini məskunlaşıb”.

Orhan Tatar vurğulayıb ki, son iki ildə dövlət ölkənin cənubunda və cənub-şərqində baş vermiş irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün mümkün addımları atıb.

“Dövlətdən yardım alan 444 011 mülk sahibi müəyyən edilib. Mənzilsiz qalan insanların çoxu artıq mənzillə təmin olunub”, -deyə AFAD nümayəndəsi sözlərinə yekun vurub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri