AFFA axtarışa başlayır İdman və Biz
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan milli komandası 2025-ci ilin mart və iyun aylarında yoldaşlıq oyunları keçirəcək.
İdman.biz xəbər verir ki, bunu yığmanın baş məşqçisi Fernandu Santuş açıqlayıb.
Millimiz DÇ-2026-nın seçmə mərhələsinə 2025-ci ilin sentyabrında start veriləcək. Bu, yarışın bu gün keçirilən püşkatmasından sonra dəqiqləşib. Yığmamız dörd komandalı qrupa düşdüyü üçün martda deyil, payızda seçmə mərhələyə başlayacaq.
Portuqaliyalı mütəxəssis bildirib ki, həmin qarşılaşmalara hazırlıq məqsədilə yoldaşlıq oyunları keçiriləcək. Bu isə o deməkdir ki, AFFA püşkatmanın nəticələrindən sonra rəqib axtarışına başlayacaq.
Qeyd edək ki, millimiz seçmə mərhələdə Ukrayna, İslandiya, həmçinin Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi ilə eyni qrupda mübarizə aparacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















