Qazaxıstanda məslixat seçkilərində səsvermə başa çatdı
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Qazaxıstanda bütün səviyyələr üzrə məslixat deputatlarının növbədənkənar seçkilərində səsvermə yekunlaşıb.
Moderator.az NUR-a istinadən xəbər verir ki, Astana vaxtı ilə saat 20:00-da ölkə üzrə bütün seçki məntəqələri bağlanıb. Hazırda səslərin hesablanması prosesi davam edir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 16:00-a olan vəziyyətə əsasən, seçici fəallığı 53,86 faiz təşkil edib. Ən yüksək fəallıq Türküstan vilayətində (69,84 faiz), ən aşağı göstərici isə Almatı şəhərində (33,73 faiz) qeydə alınıb.
Seçkilərdə 228 məslixat üzrə deputat mandatları uğrunda ümumilikdə 3 447 yerə namizədlər mübarizə aparıb. Səsvermədə yeddi siyasi partiya iştirak edib: “Auıl”, Milli Sosial-Demokrat Partiyası, Qazaxıstan Xalq Partiyası, “Respublika”, “Ak Jol”, “Baytaq” və “Adilet”.
Seçkilərin yekun nəticələrinin səsvermə başa çatdıqdan sonra beş gündən gec olmayaraq açıqlanacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 29 Noyabr 2026 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















