AFFA bölgə klublarının akademiyalarında monitorinq prosesini davam etdirir FOTO
Icma.az bildirir, Idman.biz portalına istinadən.
AFFA Lisenziya və Qeydiyyat Departamentinin məşqçi-koordinatoru Sərxan Hüseynovun bölgələrə səfəri davam edir.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Şamaxı, Qəbələ, İmişli və Yevlax şəhərlərində fəaliyyət göstərən klubların akademiyalarını ziyarət edilib.
Klublarının Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək prosesi çərçivəsində reallaşan səfər zamanı U-8-dən U-19-a qədər bütün yaş qruplarının məşqləri izlənilib, həmçinin qız komandalarının fəaliyyəti yerində müşahidə olunub.
Məşq mühiti, məşqçi və idarəçi heyətinin iş şərtləri birbaşa sahədə qiymətləndirilib.
Aparılan müşahidələr göstərib ki, bəzi çətinliklər bir çox klub üçün oxşardır. Bunlara məşqçilərin üzərində böyük iş yükü, planlama və özünüinkişaf üçün vaxt çatışmazlığı, metodik resurslara məhdud çıxış daxildir. Bununla yanaşı, hər akademiyanın özünəməxsus ehtiyacları müəyyənləşdirilib. Coğrafi amillər, kadr strukturu, yaş qruplarının sayı və infrastruktur fərqləri hər klub üçün ayrıca sənədləşdirilib.
AFFA tərəfindən bölgə klublarının akademiyalarına həyata keçirilən səfərlər uşaq və gənc futbolu üzrə yeni əməkdaşlıq prosesinin ilk mərhələsini təşkil edir. Bu yanaşma davamlı əlaqə, ölçülə bilən hədəflər və mərhələli inkişaf mexanizmlərinə əsaslanır. Prosesə başlamazdan əvvəl yerli futbol mühiti və Avropada uşaq-gənclər hazırlığında uğurlu nəticələr göstərən akademiya modelləri təhlil edilib. Nəticədə milli assosiasiya səviyyəsində yanaşmanın yenilənməsi və futbol mərkəzləri ilə daha sıx, praktik əməkdaşlıq formatına keçid qərara alınıb.
Yeni prosesin əsas istiqamətlərindən biri məşqçi rolunun yenidən müəyyənləşdirilməsidir. Bu kontekstdə yalnız lisenziya kursları ilə kifayətlənməyin yetərli olmadığı vurğulanıb və məşqçilər üçün əlavə özünüinkişaf resurslarının yaradılması planlaşdırılır.
Yeni əməkdaşlıq modeli çərçivəsində akademiya direktorları və məşqçilərlə ayda ən azı bir dəfə onlayn platformalar üzərindən müntəzəm görüşlərin keçirilməsi nəzərdə tutulur. Paralel olaraq bölgələrə səfərlər daha sıx şəkildə davam etdiriləcək. Hazırda aparılan müşahidələr əsasında qısa, orta və uzunmüddətli fəaliyyət planları hazırlanır. Məqsəd uşaq və gənc futbolunda keyfiyyətin mərhələli və davamlı şəkildə yüksəldilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Dekabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















