Icma.az
close
up
RU
AFFA da işləyəndə klublarda daha az legionerlərin olması üçün mübarizə aparırdım MÜSAHİBƏ

AFFA da işləyəndə klublarda daha az legionerlərin olması üçün mübarizə aparırdım MÜSAHİBƏ

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Azərbaycanın U-15, U-16 və U-19 yığmalarında baş məşqçi kimi çalışmış Miloş Velebit Sportal.az saytına müsahibə verib. 

- Son dəfə BƏƏ-də çalışırdınız, amma artıq Serbiyaya qayıtmısınız və "Yedinstvo UB" klubunda işləyirsiniz. Maraqlıdır ki, komandanın baş məşqçisi də vaxtı ilə Azərbaycanda oynamış Uroş Matiçdir. Matiçin baş məşqçi postuna gətirilməsində sizin fikriniz var idi?

- Bəli, "Əl-Vahda" ilə müqaviləm başa çatdı. Uğurlu mövsüm keçirdik, liqa kubokunu qazandıq və ölkə çempionatında 4-cü yerə yüksəldik. Mən Serbiyada olanda həmişə UEFA-nın məşqçilər lisenziyası məktəbində müəllim kimi işləyirəm, yaxşı formada qalmaq, öz üzərimdə işləmək və yeni serb məşqçilər nəsilləri yetişdirmək üçün çalışıram. "Yedinstvo"dan çoxdan təklif almışdım. Sadəcə BƏƏ klubunda da dəvət gəldiyi üçün indiki klubuma qatıla bilməmişdim. Bu dəfə onların təklifini qəbul etdim. Mənim rolum klubda əsas komandadan tutmuş akademiyaya qədər bütün futbol komandalarının rəhbəri olmaq, məşq tərzini və metodologiyasını qurmaq, klubun bütün məqsədlərinə çatmasına kömək etməkdir. Mövsümün ortasında məşqçimizi dəyişdik və məntiqi seçim kimi Uroş Matiçi yeni baş məşqçi seçdik. O, bu komandada çıxış edib, ötən mövsümdə kapitan və lider olub. UEFA məktəbində məşqçilik təhsili alıb.

- Uroş Matiç "Qarabağ"da nə pis, nə də yaxşı futbol oynadı. Ümumiyyətlə, Matiçin "Qarabağ"dakı performansını xatırlayırsan? Onunla münasibətiniz o vaxtdan bu yana var idi?

- Əlbəttə ki, xatırlayıram. Birlikdə çox vaxt keçirmişdik, orada futbol və məşqçi işi haqqında çox danışırdıq. Mən Matiçin məşqçiliyi oxumağı seçməsi və məşqçi olmasının "günahkar"ıyam. "Qarabağ"da oynadığı vaxtlardan bu yana bir gün baş məşqçi olmaq üçün özünü hazırlayırdı. Baş məşqçi olmaq onun arzusu idi. Mən UEFA məktəbində onun müəllimi olmuşam və indi işlərini müşahidə edirəm, məsləhətlər verirəm.

- Azərbaycanda məşqçi kimi çalışmağınız sizə sonrakı karyeranızda müsbət təsir edib? 

- Düzünü desəm, Azərbaycandan yaxşı təcrübəm oldu. Ondan sonra Tayland, BƏƏ-də çalışmışam, hazırda da Serbiyada işləyirəm. Hər gün öz üzərində işləyirsən və hər təcrübədən şübhəsiz ki, işində daha yaxşı olursan.

- Azərbaycan çempionatında legioner limitinin ləğv olunacağı gözlənilir. 2025/2026 mövsümündən Azərbaycan Premyer Liqasında legioner limiti olmaya bilər. Bu haqda fikrin necədir? Səncə, bu qərar azərbaycanlı futbolçulara necə təsir edəcək? Səncə, çox pis qərardır?

- AFFA-da işləyəndə komandalarda daha az legionerlərin olması üçün mübarizə aparırdım. Arzum və ideya isə azərbaycanlı futbolçuların komandalarda daha çox olmasından yana idi. Fikrim isə daha çox azərbaycanlı oyunçu yetişdirmək idi. Digər tərəfdən, klubları başa düşürəm, onların baxışı fərqlidir. Daha rəqabətli olmağa və Avropa üçün daha keyfiyyətli komandalara sahib çıxmağa çalışırlar.

- Uzun illər Azərbaycanda işləmişdiniz. Sizcə, nəyə görə bütün ölkələrdə futbol, futbolçular, milli komandalar inkişaf edir, amma Azərbaycanda heç bir inkişaf yoxdur? 

- Bu barədə dəfələrlə demişəm. Bütün klublar, AFFA eyni yolda olmalıdır. Həmçinin uzunmüddətli, növbəti 5-10 il üçün unikal strategiyaya ehtiyacınız var və ən əsası bu strategiyadan yarı yolda buraxmaq olmaz. Belə bir şeyin olması üçün böyük arzu var, amma bu strategiyaya qarşı müqavimət kifayət qədər güclü deyil.

- Legioner limiti ləğv edildikdən sonra azərbaycanlı futbolçular ölkə xaricinə yollanmalıdır. Səncə, azərbaycanlı futbolçuları hansı ölkə klubları istəyə bilər? Məsələn, azərbaycanlı futbolçular Serbiya Superliqasında oynaya bilər Məsələn, "Yedintsvo Ub" hansısa azərbaycanlı futbolçunu transfer etmək istəyər?

- Bu, yaxşı sualdır. Azərbaycan oyunçularına beynəlxalq təcrübə lazımdır və bunun üçün də yaxşı strategiya olmalıdır. Fikrimcə, Azərbaycan liqasında Serbiyanın superliqasında oynaya biləcək futbolçular var. Bəlkə də ilk “üçlük”də yox, digərlərində niyə olmasın? Fikrimcə, Azərbaycandan “Yedinstvo UB”a qoşula biləcək bir neçə gənc oyunçu var. Xüsusən də klub  olaraq layihəmiz gənc oyunçuları inkişaf etdirmək və onları daha böyük klublara hazırlamaqdır.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sportal.az
archiveBu xəbər 20 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri