Icma.az
close
up
RU
AFFA millini kimə tapşıracaq? Əsədov ən real variantdır

AFFA millini kimə tapşıracaq? Əsədov ən real variantdır

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bizim üçün seçmə tsikl yeni başlasa da (cəmi 2 oyun geridə qalıb), hazırda "Azərbaycan millisini əcnəbi, yoxsa yerli mütəxəssis çalışdırmalıdır" qıfılbəndinin girdabında əsirik. AFFA bir ildən artıq müddətdə yığmamızın baş məşqçisi kimi qələbə qazana bilməyən portuqaliyalı Fernandu Santuşu İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra ötən həftə istefaya göndərdi. Komandanı Ukrayna ilə matça U-21-in baş məşqçisi Ayxan Abbasov çıxartdı. Onun rəhbərliyi altında qeydə alınan 1:1 hesablı nəticə isə yerli mütəxəssis tərəfdarı olanların "əlini gücləndirdi". Bu yazıda baş məşqçi postuna namizədlərlə bağlı mövqeyimizi çatdıracağıq. 

Eksperimental təyinatlar və ya təzminat maşınları 

Əslində, yerli məşqçi variantı daha məntiqlidir. Çünki son 20 ildə millinin “sükanı arxası”na gətirilən əcnəbi məşqçilərin heç biri effektli olmayıb. Üstəlik, onların işinə vaxtından əvvəl xitam verilməsi AFFA-nın yüksək məbləğdə təzminat ödəməsi ilə nəticələnib. Santuşla uzunmüddətli - 4 illik müqavilə imzalanmışdı. Ancaq komandamızı Millətlər Liqasında aşağı diviziona yuvarladan portuqaliyalı DÇ-2026-nın seçmə mərhələsinə də uğursuz başladı. İslandiya səfərindəki darmadağından sonra AFFA rəhbərliyi ona güvənməyin mənasızlığını anladı.
Beləliklə, Santuş Azərbaycan millisinin tarixinə 7-ci əcnəbi məşqçi kimi düşdü. Ondan əvvəl milli komandamıza braziliyalı Karlos Alberto Torres, makedoniyalı Qyoko Haciyevski, almaniyalı Berti Foqts, xorvatiyalılar Robert Prosineçki ilə Nikola Yurçeviç və italiyalı Canni De Byazi olmuşdu. 
Ən uğursuzu da məhz Santuş oldu: 70 yaşlı çalışdırıcı yığmamıza rəhbərlik etdiyi 11 rəsmi matçda qələbə üzünə həsrət qaldı (2 heç-heçə, 7 məğlubiyyət).  


Karlos Alberto Torres (2004-2005) – 18 matç, 2 qələbə, 10 məğlubiyyət, 6 heç-heçə.
Qyoko Haciyevski (2007–2008) - 3 matç, 0 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə.
Berti Foqts (2008–2014) - 71 matç, 12 qələbə, 37 məğlubiyyət, 22 heç-heçə.
Robert Prosineçki (2014–2017) -  23 matç, 6 qələbə, 11 məğlubiyyət, 6 heç-heçə.
Nikola Yurçeviç (2019–2020) - 10 matç, 1 qələbə, 7 məğlubiyyət, 2 heç-heçə. 
Cianni De Byazi (2020–2023) - 39 matç, 10 qələbə, 21 məğlubiyyət, 8 heç-heçə. 
Fernandu Santuş (2024-2025) - 11 matç, 0 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət. 

Onsuz da millimizin potensialı DÇ, AÇ və ML-in seçmə mərhələlərində yüksək yerlər uğrunda mübarizə aparmasına imkan vermir. Belədə, əcnəbiyə zərurət də yoxdur. Nə vaxt iddiamız artar, pley-offlar uğrunda mübarizə aparmağa qadir komandamız formalaşar, o halda müasir, nəticə qazanmış əcnəbiyə təklif göndərməyə dəyər. Odur ki, indiki halda vakant posta yerli məşqçi gətirilməsi daha məqsədəuyğundur. 

Qurbanovun ÇL missiyası, Abbasovun layihəsi var, Sadıqovu isə yandırmaq olmaz

Əslində, millini çalışdırmağa ən layiqli namizəd Qurban Qurbanovdur. Artıq bir dəfə bu postda çalışan təcrübəli mütəxəssis AFFA-nın ovaxtkı rəhbərliyinin yanlış qərarı ilə millidən uzaqlaşdırılıb. Amma tarix göstərdi ki, problem "Qarabağ"la yeni-yeni zirvələr fəth edən Qurbanovda deyil, idarəçilikdədir. Ancaq indiki məqamda onun təyinatı inandırıcı görünmür. Əvvəla, Ağdam klubu ÇL-in qrupuna vəsiqə əldə edib və Qurbanov qarşıdakı 4-5 ayda gərgin qrafikdə çalışacaq. Klubu da bu dəfə onu buraxmağa razı olmaz.
Diqqət yetirsək, potensial namizədlərin hər biri - Rəşad Sadıqov da, Ayxan Abbasov da işsiz deyil. Rəşad Sadıqov klub səviyyəsində özünü təsdiqləməkdədir. Qurban Qurbanovdan sonra onun namizədliyi üzərində dayanmaq olar. Millinin sabiq kapitanı, yığmada 100-dən çox oyun keçirən Sadıqovun həm 2018-ci ildə U-21-in, həm də hazırda çalışdığı “Zirə”nin baş məşqçisi kimi avrokubok təcrübəsi var. Ancaq əsas millidəki işin spesifikliyini, çox məşqçinin o postda "yandırdığını" nəzərə alsaq, onun uğurlu olduğu klubdan aralanması doğru olmaz.
Ayxan Abbasova gəlincə, hazırda o, "bir əlində üç qarpız tutmaq" məcburiyyətindədir. "Şamaxı" ilə yanaşı U-21-in də baş məşqçisi olan Abbasovun bölgə klubu ilə gənclər millisində paralel çalışması layihədir. Belə ki, U-21-in oyunçularının əksəriyyəti "Şamaxı"ya cəlb olunub. Odur ki, Abbasovun ilk növbədə özünü bu layihədə təsdiqləməsi, yalnız bundan sonra əsas yığmaya boylanması lazımdır. 

İşsiz məşqçilər arasında ən layiqlisi Əsədovdur

Uzun və qısa müddətli təyinatları da nəzərə alsaq, indiyə qədər əsas millidə 13 yerli mütəxəssis çalışıb. Ancaq 1 ildən bir qədər artıq müddət çalışan Qurban Qurbanovu və müvəqqəti baxılan təyinatları nəzərə almasaq, AFFA 20 ilə yaxın vaxt ərzində əsasən əcnəbi mütəxəssislərə üstünlük verib.  

Ələkbər Məmmədov - 1992-1993-cü illər; 
Ağasəlim Mircavadov - 1994 -1995-ci illər;
Kazbek Tuayev – 1995-1996-cı illər;
Vaqif Sadıqov – 1997-1999 - cu illər;
Əhməd Ələsgərov – 1999-2000-ci illər;
İqor Ponomaryov – 2000-2001-ci illər;
Əsgər Abdullayev – 2002-2004-cü illər;
Şahin Diniyev - 2005–2007-ci illər;
Nazim Süleymanov – 2008-ci il.    
Mahmud Qurbanov – 2014-cü il;
Qurban Qurbanov - 2017–2018-ci illər; 
Arif Əsədov – 2023-2024-cü illər.
Ayxan Abbasov - 2025-...

Məlumat üçün bildirək ki, ən zəif nəticə 1994-95-ci illərdə Ağasəlim Mircavadov, 2002-ci ildə Kazbek Tuayevin ayağına yazılıb. Bu məşqçilərin, o cümlədən, Nazim Süleymanovla Mahmud Qurbanovun rəhbərliyi altında komanda xal qazana bilməyib.
Ən uğurlusu isə komandanın tarixinə ilk baş məşqçi kimi düşən mərhum Ələkbər Məmmədov olub. O, 1992-93-cü illərdə milli komanda ilə 5 oyuna çıxıb ki, bunlardan 3-də qələbəyə şahidlik edib, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb. Milli komandanın uğurlu yerli baş məşqçilərinin sıralamasında, Ələkbər Məmmədovun ardınca ən yaxşı nəticələr Arif Əsədov və Qurban Qurbanovun dövründə əldə olunub. Əsədov 4 oyunda 2 qələbə qazanıb, Qurbanov isə 12 oyunda 4 qələbə və 5 heç-heçəyə imza atıb.


"Neftçi" ilə Azərbaycan çempionu olan, U-19-un tarixinə elit mərhələyə ilk vəsiqə qazanmış məşqçi kimi düşən Arif Əsədovun Canni De Byazinin köməkçisi kimi qazandığı təcrübə onun işinə yaradı. İtaliyalıdan sonra millinin sükanı arxasında olan 55 yaşlı mütəxəssis Bakıda Monqolustan üzərində 1:0 hesablı qalibiyyətə və Bolqarıstanla 1:1-lik heç-heçəyə nail oldu. Onun növbəti 2 sınağı 2024-cü ilin iyununda Macarıstanda oldu. İlk matçda Albaniyaya 1:3 hesablı yenilgiyə baxmayaraq, milli dörd gün sonra Qazaxıstanı 3:2 məğlub etməyi bacardı. Buna baxmayaraq, AFFA tərəfindən baş məşqçi kimi ona şans verilməməsi bir yana, Santuşun təyinatından sonra assisent işindən də məhrum edilməsi qeyd olunmalıdır. O, yığmanın baş məşqçisi olmağı haqq edir. 
Ümumiyyətlə, yığmanın baş məşqçisi olacaq yerli mütəxəssisdən bu tsikldə nəticə tələb olunmamalıdır. Əksinə, ona növbəti Millətlər Liqası və Avropa Çempionatı üçün komanda formalaşdırması üçün yetərincə vaxt verilməlidir. Necə ki, əcnəbi mütəxəssislərə bu imkan artıqlaması ilə verilib. Nəticə olmaya-olmaya... 
Ümid edək ki, AFFA bu dəfə ictimai rəyi nəzərə alacaq, əcnəbi mütəxəssis sevdasından birdəfəlik əl çəkəcək və layiqli yerli mütəxəssislə bağlı doğru seçim edəcək. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://fanat.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri