Icma.az
close
up
RU
AFFA onu niyə futboldan uzaqlaşdırdı? SƏBƏBİ BİLİNDİ

AFFA onu niyə futboldan uzaqlaşdırdı? SƏBƏBİ BİLİNDİ

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Azərbaycanlı hakim Rauf Allahverdiyevin futboldan uzaqlaşdırıldığını xəbər vermişdik. Buna səbəb referinin ötən mövsüm Azərbaycan Kubokunun yarımfinal mərhələsi ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” görüşündə ciddi səhvə yol verməsi olub.

Həmin matçda “Neftçi”nin müdafiəçisi Yuri Matiasın “bayquşlar”ın hücumçusu Coy-Lens Mikelsə qarşı cərimə meydançasındakı müdaxiləsi ciddi müzakirələrə səbəb olmuşdu. “Sabah”ın penalti gözlədiyi epizodda hakim Əliyar Ağayev davam qərarı vermiş və VAR hakimi Rauf Allahverdiyev onu monitora dəvət etməmişdi. Məhz bu hadisə Allahverdiyevin sonunu gətirib.

O, bu yaxınlarda AFFA-ya dəvət olunaraq baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezident Sərxan Hacıyevlə görüşüb. Baş katib R.Allahverdiyevə bunun səhv olmadığını və bu epizodda onun qərəzli davrandığını bildirərək futboldan uzaqlaşdırılacağını bildirib.

Hətta Fərəcullayev hakimə “turu “Neftçi” keçsəydi, biz nə edərdik?” deyə, səsini də qaldırıb.

Rauf Allahverdiyev bu iddiaları qəbul etməsə də, qərar dəyişməyəcək. Referinin “Neftçi” – “Sabah” matçındakı kobud səhvi onun hakimliyinin bitməsinə səbəb olacaq.

Xatırladaq ki, həmin qarşılaşma “Sabah”ın 2:1 hesablı qələbəsilə başa çatıb.

Həsən Quluzadə / İdmanxeber.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 14 İyul 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri