Icma.az
close
up
RU
AFFA rəsmisi: Avropada çıxış edən yeniyetmə futbolçularımız böyük çətinliklərlə üzləşirlər

AFFA rəsmisi: Avropada çıxış edən yeniyetmə futbolçularımız böyük çətinliklərlə üzləşirlər

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

“İslamın özünü Avropada yaxşı tərəfdən göstərəcəyinə dair ümidlərimiz böyükdür”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə Azərbaycanın U-17 millisinin və Serbiyanın "Srvena Zvezda" klubunun futbolçusu İslam Həsənovun yerli "Qrafiçar" komandasına icarəyə verilməsi ilə bağlı danışarkən deyib.

Mütəxəssis futbolçunun Serbiyada bir ildir qanunvericiliklə bağlı məsələlər üzündən oynaya bilmədiyini söyləyib: “Bir ildən çoxdur Belqrad təmsilçisinin düşərgəsində olmasına baxmayaraq, sənədlərlə bağlı yaranan problemlər səbəbindən oynaya bilmir. Qanunvericiliyə əsasən, xarici vətəndaşlar rəsmi matçlarda meydana çıxa bilməzlər. İslamın valideynləri il ərzində bu problemi həll etməyə çalışırdılar. Nəhayət, bu məsələlər öz həllini tapdı. Ümid edirik ki, İslam yeni mövsümdən Serbiya çempionatında oynayacaq. Biz onun potensialına çox güvənirik. "Srvena Zvezda" kimi komanda onu 1 il ərzində öz heyətində saxlayıb, sonda kollektivə cəlb edibsə, düşünürəm ki, klub rəhbərliyi İslamdan çox şey gözləyir. Amma futbolçumuzun əldə edəcəyi nəticələr onun özündən asılı olacaq. Oradakı təzyiq və rəqabət sözsüz ki, Azərbaycan çempionatından daha üstündür. Bunlara tab gətirə bilsə, yaxşı futbolçu olacaq”.

Onun sözlərinə görə, Avropa klublarında çıxış edən azərbaycanlı yeniyetmə futbolçular öz keyfiyyətlərini artırmaq baxımından böyük çətinliklərlə üzləşirlər: “Az öncə də vurğuladığım kimi, aşağı yaş qruplarında qanunvericiliklə bağlı məsələləri həll etmək o qədər asan deyil. Ona görə də Avropa klublarına transfer olunan 18 yaşadək futbolçularımız rəsmi görüşlərdə oynamaq baxımından böyük çətinliklə üzləşirlər. Bu amilləri nəzərə alaraq deyə bilərəm ki, istedadlı oyunçularımızın çox olmasına baxmayaraq, Avropa klubları onları heyətinə qatmaqda maraqlı deyillər”.

Qeyd edək ki, İslam Həsənov “Srvena Zvezda”ya “Sabah”dan keçib. O, 2023-cü ildə Bakı klubunun heyətində 76 qolla AFFA U-15 Liqasının bombardiri olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri