AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib.
"Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ın yaradılacağı cənub bölgələrindən öz qüvvələrini çıxarmağa başlamaq niyyətini elan etməsindən sonra qəbul olunub", - o deyib.
Qeyd olunub ki, ABŞ-nin hərbi nümayəndə heyəti Beyrutda Livan ordusunun komandanlığı ilə İsrail qoşunlarının ölkənin cənubundakı ərazilərdən birindən çıxarılmasına dair razılaşmanın icrası məsələsini müzakirə edib.
Mənbənin sözlərinə görə, ABŞ tərəfinin əsas məqsədi əldə olunmuş razılaşmaların praktik icrasını təmin etməkdir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 11 İyul 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















