Icma.az
close
up
RU
Afrikalı döyüşcülər: Putin yeni hərbi strategiya qurur, yoxsa?...

Afrikalı döyüşcülər: Putin yeni hərbi strategiya qurur, yoxsa?...

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putinin afrikalılardan ibarət 100 minlik yeni ordu yaratmaq planı beynəlxalq arenada ciddi müzakirələr doğurub.

Məlumatlara görə, Kreml Ukrayna müharibəsində Şimali Koreya əsgərlərinin gözlənilən nəticəni vermədiyini anlayaraq, alternativ döyüş qüvvələri formalaşdırmağa çalışır. Bu qərar Rusiyanın son illərdə Afrika ölkələri ilə artan hərbi və siyasi əlaqələri fonunda qiymətləndirilir. Moskva uzun müddətdir ki, Afrikada təsir dairəsini genişləndirməyə cəhd göstərir və yeni muzdlu ordu planı bunun bir hissəsi kimi görünür. Lakin bu addımın effektivliyi, döyüşçülərin hazırlıq səviyyəsi və beynəlxalq reaksiyalar məsələsi hələ də sual altındadır.

Bu, Putinin yeni hərbi strategiyasıdır, yoxsa geosiyasi hesablaşmaların yeni başlanğıcı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat  Asim Mollazadənin sözlərinə görə, afrikalılardan ibarət ordunun formalaşması o demək deyil ki, Cənubi Afrika Rusiyanın müstəmləkəsinə çevriləcək:

"Düşünürəm ki, bu addım Rusiyanın muzdlu əsgərlər əldə etməsinə hesablanıb. Cənubi Afrika ərazisi yetərincə böyükdür, oradakı geosiyasi proseslərə görə Rusiyanın hər hansı nəzarət tədbiri həyata keçirməsi amili reallıq deyil. Buna görə də Kreml, Afrika qitəsindəki qeyri-sabit bölgələrdən və iqtisadi çətinlik içində olan ölkələrdən muzdlu döyüşçülər toplamağa çalışır".

Asim Mollazadə: Rusiyaya canlı qüvvə və döyüşçü lazımdır

Müsahibimizin fikrincə, afrikalılardan ibarət ordunun fəaliyyət göstərməsi qısamüddətli olacaq:

"Ukrayna ilə davam edən qarşıdurmalar səbəbindən rəsmi Moskvaya canlı qüvvə və döyüşçü lazımdır. Şimali Koreya əsgərlərinin Ukraynadakı döyüşlərində gözlənilən nəticə alınmadığı üçün, Rusiya yeni bir ordu formalaşdırmaq niyyətindədir. Bu, Rusiyanın müharibədəki canlı qüvvə çatışmazlığını doldurmağa yönəlmiş bir addım kimi görünür".

Deputat onu da qeyd edib ki, belə bir ordunun təşkil edilməsi döyüş meydanında effektivlik baxımından ciddi suallar doğurur, çünki bu döyüşçülərin təcrübəsi və hazırlıq səviyyəsi qeyri-müəyyəndir. Üstəlik, beynəlxalq ictimaiyyətin belə bir orduya necə reaksiya verəcəyi Rusiyanın geosiyasi mövqeyini daha da gərginləşdirə, dövlətin beynəlxalq aləmdən daha da izolyasiya olunmasına və Afrikada yeni siyasi qarşıdurmaların yaranmasına səbəb ola bilər.

Əli Hüseynov ​​

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri