Afrikalı hücumçudan Azərbaycan klublarına ikinci “YOX”: Bu dəfə “Sabah”…
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Nigeriyalı futbolçu Ayzak Saksess karyerasında ikinci dəfə Azərbaycan klubunun təklifini qəbul etməyib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
"Sabah" yay "transfer pəncərəsi"ndə 30 yaşlı hücumçu ilə ciddi maraqlanıb. Lakin azad agent statusunda olan afrikalı forvard Səudiyyə Ərəbistanının "Al-Bukiriya" klubunu seçib.
Məlumata görə, Saksess daha yüksək maaş təklifinə görə Səudiyyə Ərəbistanına yollanmağa üstünlük verib.
Maraqlıdır ki, 2025-ci ilin yayında "Neftçi" də Ayzak Saksessi heyətinə qatmaq istəyib. Lakin futbolçu həmin vaxt Liviyanın "Al-Taavun" klubuna keçib.
Xatırladaq ki, Ayzak Saksess karyerası ərzində İtaliyanın "Udineze", İngiltərənin "Uotford", İspaniyanın "Malaqa" və "Qranada" klublarında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 22 Sentyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















