Icma.az
close
up
RU
Ağ Ev geri çəkilir və Ankaraya dəstək verir: Türkiyə Yaxın Şərqdə hegemoniya şansı qazanır

Ağ Ev geri çəkilir və Ankaraya dəstək verir: Türkiyə Yaxın Şərqdə hegemoniya şansı qazanır

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyada hazırkı proseslər yalnız bu ölkədə deyil, ümumiyyətlə, bölgədəki siyasi və hərbi reallıqları yenidən formalaşdırır... Türkiyənin indi bütövlükdə Yaxın Şərqdə hərbi iştirakını daha da gücləndirəcək önəmli mexanizmlər qazanmağa başlayıb...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Suriyanın yenidən qurulması prosesi olduqca ciddi əngəllər ilə üzləşməyə başlayıb. Belə ki, bu ölkədə yenidən xaos və daxili silahlı qarşıdurma təhlükəsi artmaqdadır. Xüsusilə də, PKK terror təşkilatının Suriya qolu olan SDQ tərksilah prosesindən yayınmağa cəhd göstərir. Və bir müddət öncə bu barədə Suriyanın yeni hakimiyyəti ilə imzalanmış anlaşma pozulmaq üzrədir.

Ona görə də, Suriyada uzun illərdən bəri davam etmiş silahlı qarşıdurma dövrünün yeni mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Hətta rəsmi Dəməşq Türkiyəyə müraciət edərək, terrorçu qruplaşmalara qarşı birgə mübarizə üçün hərbi dəstək istəyib. Və bu, bölgədə hərbi-siyasi güc balansını ciddi şəkildə dəyişə biləcək ciddi siqnaldır.

Məsələ ondadır ki, silahlı terror təşkilatı olan SDQ Suriya ordusuna inteqrasiyadan açıq aşkar imtina edir. Eyni zamanda, ölkədə bəzi qruplaşmalar arasında toqquşmaları bəhanə gətirərək, silahları Suriya hakimiyyətinə təhvil verməkdən də yayınmağa çalışır. Və bütün bunlar Suriyada yenidən silahlı qarşıdurmaların başlaya biləcəyi ilə bağlı ehtimalları gündəmə gətirir.

Suriya hökuməti ilə SDQ arasında əldə olunan razılığa əsasən, bu terrorçu qruplaşma silahları təhvil verib, Suriya ordusuna qatılmalı idi. Ancaq bu proses hələ də başlanmayıb, SDQ təmsilçiləri açıq şəkildə bildirirlər ki, silahların təhvil verilməsi onlar üçün “qırmızı xətt”dir. Terror təşkilatının nümayəndəsi Fərhad Şami bildirib ki, SDQ öz prinsiplərindən geri çəkilməyəcək, təslim olmayacaq, çünki kapitulyasiya yolunu seçənlər uduzacaq.

Buna cavab olaraq, rəsmi Dəməşq terrorçu SDQ-ni Suriyanın unitar dövlət quruluşunun bərpa prosesinə qarşı çıxmaqda ittiham edir. Suriya hökumətinin təmsilçiləri hesab edirlər ki, ölkə ərazisində qeyri-qanuni silahlı dəstələrin mövcud olması vahid milli ordu prinsiplərinə ziddir. Və bu, prezident Əhməd Əş-Şəraa ilə terrorçu SDQ-nin rəhbəri Məzlum Abdi arasında imzalanmış razılaşmanın pozulması deməkdir.

Onu da qeyd etmək lazımdır ki, terrorçu SDQ-nin pozucu davranışları Suriyada vahid prinsiplər üzrə əməkdalıq edən ABŞ və Türkiyəni də ciddi şəkildə qıcıqlandırmağa başlayıb. Belə ki, son məlumatlara görə, həm ABŞ, həm də Türkiyə terrorçu SDQ-yə 30 gün vaxt verib. Həmin müddət ərzində SDQ-nin bir hissəsi Suriya ordusuna inteqrasiya olunmalıdır. Terrorçuların geri qalan hissəsi isə silahlarını təhvil verməlidirlər. Əks halda, terrorçu SDQ-yə qarşı radikal metodlar ilə tərksilah əməliyyatı keçirilə bilər. Və bu, nə qədər müqavimət göstərsə belə, çox tezliklə terrorçu SDQ-nin sıradan çıxarılacağı anlamı daşıyır.

Maraqlıdır ki, Ağ Ev tədricən ABŞ hərbi bazalarını Suriyadan çıxartmağa hazırlaşır. Ona görə də, Tramp adminstrasiyası vaxtilə ABŞ-ın himayəsi altında olmuş terrorçu SDQ-ni Suriya hökumətinə təhvil verməklə, hərbi-siyasi məsuliyyətdən tamamilə yayınmaq istəyir. Türkiyə isə bu prosesi daha sərt hədəflər üzərindən dəyərləndirir. Və SDQ-ni terror təşkilatı PKK-nın Suriya qolu hesab edən rəsmi Ankara bu silahlı qruplaşmanın tam ləğvində, Türkiyə sərhədlərinə olan hərbi təhlükənin birdəfəlik aradan qaldırılmasında israrlı mövqe tutur.

Bütün bunları nəzərə aldıqda, rəsmi Dəməşqin Türkiyəyə yönəlik dəstək çağırışı isə həm siyasi, həm də hərbi baxımdan, fövqəladə səviyyədə əhəmiyyət daşıyır. Çünki Suriya hökuməti ilk dəfə olaraq, açıq və rəsmi şəkildə Türkiyədən terrorçulara qarşı mübarizədə hərbi dəstək istəyir. Bu, SDQ də daxil olmaqla, bütün silahlı terror qruplarına qarşı effektiv mübarizə imkanları aça bilər. Və əgər, bu yaxınlaşma ortaq fəaliyyəti təmin edirsə, onda terrorçu SDQ-nin mövcudluğuna son qoyular, həm də, bölgədə ciddi güc balansı dəyişiklikləri baş verər.

Bu prosesdən narahat olan əsas oyunçulardan biri İrandır. Çünki rəsmi Tehran Suriyanın Türkiyə ilə yaxınlaşaraq, İranın regiondakı uzunmüddətli təsir strategiyasına ciddi zərbə altında buraxmasını istəmir. Suriyada hərbi-siyasi maraqları olan Rusiya isə bu ölkədə baş verənlərə reaksiya imkanlarından uzaqdır. Və Kreml regionda qüvvələr balansının pozulmasında maraqlı olmasa da, müdaxilə resurslarını tükəndirdiyi üçün mövcud situasiya ilə barışmaq məcburiyyətindədir.

Belə anlaşılır ki, PKK-nın Suriya qolu olan terrorçu SDQ-nin sonu artıq böyük sürətlə yaxınlaşır. Çünki bu terrorçu təşkilat hazırda həm Türkiyənin, həm Suriya hökumətinin, həm də tədricən bu ölkədən çəkilməyə hazırlaşan ABŞ-ın sərt təzyiqləri altındadır. Terrorçu SDQ isə indi öz ənənəvi "müttəfiqlər"indən də dəstək ala bilmir. Və bu baxımdan, terrorçu SDQ indi seçim etməlidir, ya silahlarını təhvil verib, təslim olmalıdır, ya da inadkarlıq göstərərək, yeni hərbi əməliyyatların hədəfinə çevrilməlidir.

Göründüyü kimi, Suriyada hazırkı proseslər yalnız bu ölkədə deyil, ümumiyyətlə, bölgədəki siyasi və hərbi reallıqları yenidən formalaşdırır. Suriyanın rəsmi Ankaradan hərbi dəstək istəməsi Türkiyənin yalnız bu ölkədə deyil, bütövlükdə Yaxın Şərqdə hərbi iştirakını daha da gücləndirəcək önəmli faktora çevrilə bilər. Və bu baxımdan, Türkiyənin regional hegemoniyası üçün real şərtlərin formalaşmaqda olduğu qətiyyən şübhə doğurmur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 İyul 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri