Ağ Ev: Rusiya və Ukrayna sülhə nail olmaq üçün nəyin lazım olduğunu anlayıb
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ administrasiyası iddia edir ki, Rusiya və Ukrayna silahlı münaqişənin həlli üçün hansı addımların atılması lazım olduğunu anlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts “The National Interest” jurnalında dərc olunan məqaləsində bildirib.
“Həftələrlə davam edən diplomatik səylər hər iki tərəfin sülhə nail olmaq üçün nə lazım olduğunu başa düşməsinə gətirib çıxarıb. İndi Rusiya və Ukrayna, prezident Trampın səbr kasasaı daşmamış, razılığa gəlmək üçün sürətlə hərəkət etməlidir”, - Ağ Ev rəsmisi vurğulayıb.
Onun fikrincə, Co Baydenin rəhbərlik etdiyi əvvəlki Vaşinqton administrasiyası bu münaqişənin həllində “anlaşılmaz strategiya”dan istifadə edib. Uolts hesab edir ki, yalnız Tramp Rusiya və Ukraynanı danışıqlar masası arxasına gətirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 Aprel 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















