Icma.az
close
up
RU
Ağ Ev yaxınlığında HƏYƏCAN Hücum edildi KONKRET

Ağ Ev yaxınlığında HƏYƏCAN Hücum edildi KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və digər federal hüquq-mühafizə orqanları Vaşinqtonda, Ağ Evin cənub meydançasında (South Lawn) keçirilən “UFC America 250” (UFC Freedom 250) qarışıq döyüş sənətləri turniri zamanı törədilməsi planlaşdırılan irimiqyaslı terror hücumlarının qarşısını alıb. ABŞ-ın 250 illik yubileyinə və Prezident Donald Trampın ad gününə həsr olunmuş tarixi idman tədbirinə qarşı hazırlanan sui-qəsd planı vaxtında ifşa edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, FTB direktoru Keş Patel turnirə qarşı potensial təhlükə barədə iyunun 10-da məlumat əldə etdiklərini bildirib. Onun sözlərinə görə, FTB, tərəfdaş kəşfiyyat qurumları və ABŞ Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi çoxştatlı operativ əməliyyat nəticəsində planlaşdırılan qanlı hücumların qarşısı tamamilə alınıb.

Məhkəmə sənədlərindən sızan və rəsmi dairələrin təsdiqlədiyi məlumatlara görə, şübhəli şəxslər şifrəli “Signal” messencerində “Vanguard of the Old” adlı qrup yaradaraq Ağ Evin ərazisindəki turnir arenasına partlayıcı maddələrlə yüklənmiş pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum etməyi planlaşdırıblar. Sui-qəsdçilərin ilkin planı arenanın şimal tərəfində PUA-ları partlatmaq, yaranan xaos və kütləvi təxliyə zamanı isə qabaqcadan yerləşdirilmiş snayper qrupları vasitəsilə qaçan insanları, xüsusilə də yüksək rütbəli rəsmiləri, siyasətçiləri və varlı şəxsləri atəşə tutmaq olub. Hətta hücumun ikinci dalğasında Ağ Evin darvazalarına basqın edilməsi də nəzərdə tutulubmuş.

Genişmiqyaslı əməliyyat çərçivəsində Ohayo, Missuri, Nebraska və Kaliforniya ştatlarında 5 radikal qrup üzvü (Taysen Proper, Daniel Eskric, Abraham Alvares, Brayan Roa və Maykl Tomas) həbs olunub. Gizli yazışmalarda hücumun ABŞ-da yeni bir “inqilab başlatmaq” məqsədi daşıdığı bəyan edilib. Məşhur döyüşçülərin, siyasətçilərin və milyarderlərin (məsələn, İlon Mask və Mark Zukerberq) qonaq qismində qatıldığı turnirin təhlükəsizliyinə cavabdeh olan Gizli Xidmət (Secret Service) isə tədbirin və dövlət rəsmilərinin heç bir an risk altında qalmadığını, istintaqın və digər şübhəlilərin axtarışının davam etdiyini açıqlayıb.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyun 2026 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri