Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Ağ Evdə əldə olunmuş razılaşmanın hədəfi sülh və əməkdaşlıqdır

Ağ Evdə əldə olunmuş razılaşmanın hədəfi sülh və əməkdaşlıqdır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Üçtərəfli Vaşinqton görüşündə 1 il əvvəl götürülmüş öhdəliklərin icrasının vacibliyi vurğulanıb

Artıq hamı bu reallıqla razılaşıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin üç il bundan əvvəl postmünaqişə mərhələsi üçün irəli sürdüyü şərtlər həm iki ölkə arasında sülhün əldə olunması, həm etimad mühitinin yaradılması, həm də bölgənin əmin-amanlıq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəqqi platformasına yönəlməsi üçün sağlam və möhkəm zəmin yaratmaqdadır. İndi proses məhz bu müstəvidə davam edir. Yəni tərəflər vasitəçilərsiz, tet-a-tet formatda bütün məsələlər üzrə orta məxrəcə gəlməyin mümkünlüyünü nümayiş etdirirlər. Bir il bundan əvvəl Vaşinqtonda baş tutan Sülh Sammiti və orada imzalanan sənədlərdə nəzərdə tutulan layihələrin həyata keçirilməsi isə Ağ Evin birbaşa nəzarətdə saxladığı məsələlərdəndir.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunduğu kimi, ABŞ paytaxtında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında keçirilən üçtərəfli görüşdə tərəflər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsü ilə bağlı son vəziyyət və növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Eləcə də bu çərçivədə müvafiq anlaşmaların həyata keçirilməsinin irəlilədilməsi, habelə TRIPP-in maneəsiz regional bağlantının, iqtisadi inkişafın və davamlı sülhün təmin olunmasına töhfə vermək potensialının reallaşdırılması istiqamətində səylər müzakirə edilib.

Deməli, sülh gündəliyi və münasibətlərin normallaşması istiqamətində konkret addımlar atılır və Vaşinqtonun bu prosesə dəstəyi prosesə kənar müdaxilələri istisna edir. Vaxtilə münaqişənin nizamlanması üzrə yaradılan ATƏT-in Minsk qrupunun həmsədri olan “böyük güc”ün bu gün həmin beynəlxalq təsisatdan tam imtina etməsi, onun ləğvini stimullaşdırması, tərəfləri bir masa ətrafına gətirməsi məhz Bakının irəli sürdüyü sülh formatının reallaşmasının əyani sübutudur.

Bu ilin fevralında ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri, iki ölkənin liderləri – Donald Tramp və İlham Əliyev arasında avqustun 8-də baş tutan və ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə edən telefon danışığı xüsusi qeyd olunmalıdır. Vaşinqton Sülh Sammitinin birinci ildönümünə təsadüf edən Azərbaycan və ABŞ liderləri arasında söhbətin dostluq və səmimi atmosferdə 40 dəqiqədən çox davam etməsi faktının özü çox şeydən xəbər verir. Azərbaycan Prezidentinin rəsmi saytının yaydığı məlumata görə, telefon danışığı zamanı İlham Əliyev və Donald Tramp Vaşinqton Sammitindən sonra ötən ilin yekunlarını, Azərbaycanla Ermənistan arasında sülh prosesini, TRIPP layihəsinin həyata keçirilməsini, həmçinin Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişafını müzakirə ediblər. Bu zaman xüsusilə qeyd olunub ki, ötən il ərzində regionda sülh və sabitlik qorunub və sülh prosesinə zərər vura biləcək heç bir insident baş verməyib. Bundan başqa, tərəflər Azərbaycan neft məhsullarının Ermənistana ixracını, yüklərin Azərbaycan ərazisindən tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin başlanmasını müsbət hal kimi qiymətləndiriblər.

* * *

ABŞ paytaxtında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüşə qayıdaraq onu da qeyd etməliyik ki, müzakirə olunan əsas mövzu Azərbaycan - Ermənistan münasibətlərinin normallaşma prosesi olub. Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə davam edən prosesi də nəzərdən keçirən nazir müavinləri bu barədə fikir mübadiləsi aparıb, əldə olunmuş razılaşmalar əsasında bu istiqamətdə praktiki işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunanlardan heç də az əhəmiyyət kəsb etməyən daha bir məsələ – qarşılıqlı etimadın möhkəmləndirilməsinə və sülh prosesinin davamlı şəkildə həyata keçirilməsinə dəstək verən etimad quruculuğu tədbirlərinə xüsusi diqqətin yetirilməsi görüşün çəkisini artıran amillər sırasındadır. Fikrimizcə, Vaşinqton görüşündə ən vacib məqamlardan biri də bir il əvvəl əldə olunmuş razılaşmaların, götürülən öhdəliklərin konkret nəticələrə çevrilməsinin əhəmiyyətinin vurğulanması olub. Bu istiqamətdə yaranan suallara Ağ Ev təmsilçisinin rəsmi İrəvanın müvafiq cavab istədiyini güman edə bilərik.

XİN-in məlumatında o da qeyd olunur ki, üçtərəfli görüşdən bir gün əvvəl nazir müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə də görüşüb. Həmin görüşdə Azərbaycan–ABŞ ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eləcə də iki ölkə arasında tərəfdaşlığın geniş spektr üzrə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Aydın məsələdir ki, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının reallaşdırılması vəziyyəti və perspektivi mövzusu da müzakirə olunub.

Yəqin rəsmi İrəvan yaxşı anlayır ki, artıq sözdən işə keçməyin məqamıdır və bu mərhələdə Bakı ilə yanaşı Vaşinqtonun gözlədiyi konkret nəticələrin əldə olunması ilk növbədə Ermənistanın öz öhdəliklərinin icrasından asılıdır. Bu yoldan geriyə dönüşün olmadığını isə ona xatırlatmağa ehtiyac yoxdur...

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Hesab edirəm ki, nazir müavinlərinin Vaşinqton görüşünə son bir ildə görülən işlərin təhlili və analizi baxımından yanaşmaq daha doğru olar. Görülən işlər isə kifayət qədər çox və əhəmiyyətlidir. Bakı ötən ilin avqustunda Vaşinqtonda imzalanmış sənədlərin icrası istiqamətində dəqiq və operativ addımlar atır. Təbii ki, bir sıra məsələlərin həlli birbaşa Ermənistan hakimiyyətindən asılıdır. Həllini gözləyən ən vacib və aktual məsələ TRIPP marşrutunun tezliklə reallaşmasıdır. Azərbaycan Prezidenti Naxçıvana səfəri zamanı məhz bu layihə ilə bağlı çox geniş təhlil apardı. Qeyd etdi ki, dəhlizin Azərbaycan tərəfinin üzərinə düşən hissəsində inşaat işləri, demək olar ki, başa çatdırılıb. Dövlətimizin başçısının bu aspektdə vurğuladığı ən önəmli məqam o idi ki, layihəyə cəlb olunacaq investorların fəaliyyətinə nəzarəti Azərbaycan həyata keçirəcək. Bu, həqiqətən də, olduqca mühüm məsələdir.

Vaşinqtonda nazir müavinləri səviyyəsində keçirilən görüşdə TRIPP layihəsinin digər amilləri də müzakirə olunub. Bu amillərdən biri də sərhədin demarkasiyasıdır ki, bu məsələ gündəmdədir və hələ tam həllini tapmayıb. Vaşinqton görüşündə aktuallığı saxlayan digər məsələlərin də müzakirə edildiyinə əminəm. Çox güman ki, müzakirələrin gedişində müəyyən razılaşmalar əldə edilib. Bundan sonra atılacaq addımlarda bunu aydın şəkildə görəcəyik.

Onu əminliklə deyə bilərik ki, iki ölkə arasında mövcud problemlərin həlli ümumilikdə bölgənin təhlükəsizliyinə təminat yaradacaq. Eyni zamanda, Vaşinqton görüşünü Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesin yeni səviyyəyə çatmasından xəbər verir.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri