Icma.az
close
up
RU
Ağ Evin son altı aylıq fəaliyyəti: Tramp ziddiyyətli qərarlar verib

Ağ Evin son altı aylıq fəaliyyəti: Tramp ziddiyyətli qərarlar verib

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Yanvarın 20-də vəzifəyə başlayandan bəri ABŞ prezidenti Donald Tramp ikinci müddətinin ilk altı ayında siyasi rəqibləri ilə deyil, özü qərarları ilə qarşı-qarşıya qalıb.

Bizimyol.info xəbər verir ki, Amerikanın CNN kanalında yayımlanan bir analizə görə, Donald Trump-ın prezidentliyə ikinci qayıdışı zamanı atdığı bir çox addımın ziddiyyətli və qeyri-sabit olması, onun ilk dövründəki xəttindən kəskin şəkildə uzaqlaşması ilə daha çox nəzərə çarpır.

Məsələn, birinci dönəmində vəzifəyə gətirdiyi Federal Ehtiyat Sisteminin rəhbəri Jerome Povellı vəzifədən almaq istəyi və əvvəlcə Şimali Amerika Azad Ticarət Müqaviləsinin (NAFTA) əvəzinə imzaladığı ABŞ–Meksika–Kanada Sazişini indi “ölkəni istismar edən bir yük” kimi tənqid etməsi bu dəyişikliklərə nümunədir.

"COVID-19" peyvənd proqramının əsas təşəbbüskarı olan Trump, indi vaksin əleyhdarı kimi tanınan Robert F. Kennedy Jr.-ı Səhiyyə naziri təyin edib. Əvvəllər "TikTok"u qadağan etməyə çalışan Trump, sonradan bu platformanı bir Amerika şirkətinin almasına dəstək verib.

Analizdə qeyd olunur ki, bu gün daha qəzəbli, sərbəst və nəzarətsiz bir lider obrazı yaradan Trump, əvvəlki illərlə müqayisədə dövlət idarəçiliyində yalnız öz şəxsi məmnuniyyətini əsas götürür.

Onun daxilində yaşadığı bu ziddiyyətin əsas səbəblərindən biri isə, alışmadığı bir şəkildə öz siyasi bazasından – yəni “MAGA” (Make America Great Again) hərəkatından – gələn təzyiqlərdir. Noyabr seçkilərində həm prezidentliyi, həm də Konqresi Respublikaçılara uduzan Demokratlar siyasi arenada ciddi təsir göstərə bilməsələr də, Trumpı ən çox sıxışdıran məhz öz tərəfdarlarıdır. “MAGA ordusu” yalnız dəstək verməklə kifayətlənmir, eyni zamanda Trumpdan hesabat da tələb edir.

Sosial mediada həftələrdir təşkilatlanan MAGA tərəfdarlarının təkidli çağırışlarına cavab olaraq Trump, Jeffrey Epstein işinə dair bütün sənədlərin açıqlanması göstərişini verib. Halbuki, bir neçə gün əvvəl bu sənədləri “Demokratların uydurduğu yalan” adlandırmış və bu məsələyə inanan tərəfdarlarını “zəiflikdə” ittiham etmişdi.

Trumpın İsrail yönümlü Yaxın Şərq siyasəti, Ukraynaya göndərilən hücum silahları və miqrantlara amnistiya verilməsi kimi mövzular da onun bazasında narazılığa səbəb olan başlıca məsələlərdəndir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 İyul 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri