Icma.az
close
up
RU
Ağ geyimli “Qarabağ”lıların Xankəndi səfəri Reportaj

Ağ geyimli “Qarabağ”lıların Xankəndi səfəri Reportaj

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

(Qarabağdan qeydlər, 1-ci yazı)

Jurnalistikanın ən maraqlı qollarından biri də reportaj janrıdır. Mənim üçün isə ən sevimlisi. Ona görə də səfərə çıxdığım ölkələrdə, iştirak etdiyim tədbirlərdə gördüklərimi, müşahidələrimi bacardığım qədər oxucularla bölüşməyə çalışmışam.

O reportajları Bakıda da yazmışam,  ondan 4000 kilometr uzaqlıqdakı Londonda da. Memarlığı ilə adamı heyran edən Vyanada da, mehriban avstriyalıların balaca Lenzerkirçen kəndində də, soyuq Norveçin istiqanlı Molde şəhərində də, səs-küylü və dəliqanlı Romada da, gecə həyatı qaynayan Madriddə də, tarixi və kirli Qahirədə də… Və saysız-hesabsız, ucu-bucağı bitmək bilməyən başqa ölkələr, şəhərlərdə də.

Amma bu gözəl səfərlər, fərqli mədəniyyətlər, mənim üçün sevincli və kədərli futbol oyunlarından hazırladığım yazıların heç biri illərdir ürəyimdə gizli saxladığım arzunun yerini verə bilməyib. 

O arzum isə bu gün həyata keçir. 

Jurnalistika fəaliyyətimdə ilk dəfə bir reportajımı artıq doğma Qarabağımdan yazmağa başlayıram.

Xankəndidəyəm!

Qarışıq duyğular içində.

***

Erməni qoxusu, nəfəsi bu şəhərdən artıq çəkilməyə başlayıb. 2023-cü ilin məlum sentyabr antiterror əməliyyatından sonrakı hər gün və nəinki hər gün, hətta hər saat, hər dəqiqə və hər saniyə qalib azərbaycanlının ruhu yenidən bu tarixi yurdumuzun canına hopmağa, qanına işləməyə başlayıb…

Şəhər, indi bəlkə də tarixinin ən hərəkətli dövrünü yaşayır. Bir tərəfdən dayanmaq bilməyən tikinti-abadlıq işləri Xankəndinin simasını dəyişir, o biri tərəfdən digər bölgələrimizin hamısından bura gün ərzində insan seli axır. 

Sırf bu səbəbdən bu günlər buradakı 10-a yaxın oteldə gecələmək üçün yer tapmaq da, necə deyərlər, lotoreya udmağa bənzəyib..

***

Və qaynayıb-qarışan şəhərdə 25-26 nəfər, hamısı da ağ tişört geyinmiş gənclər var ki, insanlar onlara xüsusi maraq göstərir, yaxınlaşıb şəkil çəkdirir. Bu cavan oğlanlar illərdir Qarabağı, Ağdamı, Xankəndini Avropada və Azərbaycanın daxilində təmsil edən futbolçulardır. 

 “Qarabağ” komandasının üzvləri.

Onların arasında iki yeni oyunçu da var. Ta Atlantik okeanının sahilindən - Portuqaliyadan Azərbaycana gəldikləri heç 20 gün olmayıb.

Pedro Bikalyo və Dani Bolt…

"Qarabağ”ın bəlkə də gələcək liderləri ola biləcək yeni transferlər. Təsadüfdən komanda ilə ilk yolçuluqları da məhz Qarabağdan başlayıb. 

Hələ çaşbaşdırlar. Hara gəldiklərini və hətta niyə gəldiklərini güman edirəm, tam anlamırlar. Ətrafı seyr edirlər.

Bir tərəfdə namərd qonşumuzun dağıdıb xaraba qoyduğu yurd yerləri - Füzuli, Şuşa, Ağdam, 
o biri tərəfdə o dağıntıların yerində tikilən, gözəlliyi ilə adamı mat qoyan tunellər, yollar, binalar, evlər… O gözəliyin də fövqündə dayanan Qarabağ torpağının mənzərəsi. 

Dağları, dərələri, bulaqları, şəlaləri, havası…

Çudomir Çakarov - Qurban Qurbanovun bu bolqar köməkçisi sanki hisslərimi oxuyurmuş kimi Xankəndinin Qarabağ küçəsində mənə deyir: “Buranın nə gözəl havası var!” Bizimlə yanaşı addımlayan xorvat Fabian Buntiç də onun sözünü təsdiqləyir..

… Və havanın təmizliyi təkcə təbiətinə görə yox, həm də Xankəndini onilliklər boyu sözün bütün mənalarında çirkləndirmiş nankor zümrənin buradan birdəfəlik getməsinə görədir.

***

“Niyə futbolçularınız hamısı ağ geyimdədir?” - Qurban Qurbanovdan soruşuram. Gülərək “mən tərəfdən xüsusi tapşırıqdır” deyir. 

Vahid komanda intizamı, həm də səliqə-səhman deyək buna. 

Komanda Şuşadan birbaşa Qarabağ Universitetinə gəlib. Artıq dərslər, imtahanlar bitib əslində. Amma buna baxmayaraq, təhsil ocağının qarşısına komandanı canlı görmək üçün xeyli tələbə toplaşıb. Hətta bir çoxu “Qarabağ”ın universitetlərini ziyarət edəcəyini öyrənəndən sonra ətraf rayonlardan təzədən Xankəndiyə qayıdıb.

Rektor Şahin Bayramov bütün səfər boyu “Qarabağ” rəhbərliyini, baş məşqçi Qurhan Qurbanovu müşayiət edir, onlara ötən il yaradılmış bu təhsil ocağı barədə məlumat verir. 

Mənsə bu ərəfədə rəsmi protokol ziyarətindən kənara çıxıb “Qarabağ”ın Marko Yankoviçi ilə bir az söhbət edirəm. Marko ikinci dəfədir ki, bu şəhərə səfər edir. ilk dəfə o, 2023-cü ilin dekabrında MOİK-lə oyuna gəlmiş və Xankəndi stadionunda meydana çıxmışdı. Yeri gəlmişkən, indi həmin arena təzədən bərpa olunur: meydançanın ot örtüyü, tribunalar tamamilə dəyişdirilir.

Artıq böyük futbolu Xankəndiyə də gətirmək lazımdır.

Marko məndən eşidəndə ki, bəs, Ağdamda “Qarabağ” yeni İmarət stadionu tikilir, sanki şoka düşürmüş kimi soruşur: “İndi biz orda oynayacağıq”.

Niyə də yox, Marko?!

***

Əlbəttə, yaxın bir neçə ilə biz təzə “İmarət”də də oyunların şahidi olacağıq”. Yeri gəlmişkən, “Qarabağ”ın Ağdama budəfəki səfəri barədə ayrıca reportajım olacaq. Hələliksə mən Xankəndidəyəm və qısa da olsa, bu şəhərin hər addımlığında uşaqdan böyüyə kimi “Qarabağ”a olan münasibətə də toxunmaq istərdim.

Müşahidə etdim. Təkcə hardasa 3 saatlıq Xankəndi səfəri zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qarşısına çıxan hər 5 nəfərdən az qala 4-ü onunla şəkil çəkdirir, imza alırdı. Eləcə də futbolçularla. “Qarabağ”a olan səmimi el sevgisi ölkəmizin hər tərəfinə yayılıb. O cümlədən Xankəndiyə də..


Bu şəkildəki mənzərə isə həmin bu münasibətin təsdiqi olan sadəcə kiçik bir hissədir. Bu uşaqlar və şəkilə texniki səbəblərdən düşməyən digərləri “Qarabağ”ın nahar etdiyi restorana daxil olaraq futbolçularla şəkil çəkdirmək istəyirlər və çəkdirirlər də.

Hələ onların düz bir saata yaxın “Qarabağ”, “Qarabağ” qışqırtsından danışmıram belə.

Və Xankəndidəki bu şüar futbol komandasından daha çox bizim gələcəyimiz olan bu uşaqların öz torpağına, Qarabağa və Xankəndiyə hayan olacağının, onun bir daha heç vaxt itirilməyəcəyinin təsdiqi, nidasıdır…

Aydın Bağırov,
Xankəndi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qol.az
archiveBu xəbər 29 İyun 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri