Icma.az
close
up
RU
Ağcaqanad əleyhinə dərmanlar insana da ziyandırmı?

Ağcaqanad əleyhinə dərmanlar insana da ziyandırmı?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Yay fəslinin dəbdə olan vasitələrindən biri də ağcaqanad və digər həşəratlar əleyhinə nəzərdə tutulan dərmanlardır.

Bu günə kimi məişətdə məxsusi olaraq ağcaqanadlara qarşı bir neçə "sınanmış vasitə" tətbiq olunsa da, etriaf etməliyik ki,  onların heç biri xüsusi kimyəvi tərkibli dərmanlar qədər effektiv olmayıb.

Kaspi.az bildirir ki, ağcaqanad əleyhinə dərmanların müxtəlif növləri və fərqli istifadə qaydaları var. Son vaxtlar bunların içərisində ən çox üstünlük veriləni isə xüsusi qabda enerji şəbəkəsinə qoşulan dərmanlardır. Bəs istifadəsi xeyli asan olan və ağcaqanadları bir göz qırpımında məhv edən bu vasitələr insan orqanizminə necə təsir göstərir? Hansı növ dərmanlar daha ziyanlıdır? Mövzu ilə bağlı ekspertlərin fikirini öyrəndik.

Həkim-terapevt Məlahət Abbasova deyir ki, həşəratlar əleyhinə olan dərmanlar insan orqanizminə bir o qədər də zərərli təsir göstərmir: "Amma əgər evdə körpə uşaq varsa, məsləhətdir ki, bu dərmanlardan mümkün qədər istifadə olunmasın. Çünki körpə uşaqların immun sistemi möhkəmlənməyib. Bu dərmanlar uşaqlarda ürəkbulanma, başgicəllənmə, qusmaya səbəb ola bilər. Böyüklərdə immun sistemi güclü olduğuna görə bu dərmanlar zərərli hesab olunmur. Allergiyası olan şəxslər də bu dərmanlardan istifadə edərkən ehtiyalı olmalıdırlar. Ağcaqanad dərmanları orqanizmdə allergiyanın güclənməsinə səbəb olur. Ümumiyyətlə götürdükdə, istifadə formasından asılı olmayaraq, bütün növ həşərat dərmanları orqanizm üçün zərərli hesab oluna bilər".

M.Abbasova bildirdi ki, bu dərmanlardan mümkün qədər az istifadə etməyə çalışmaq lazımdır: "Həşarat əleyhinə olan dərmanların kimyəvi tərkibi tam müəyyən olunmayıb. Ona görə də bütün ehtimalları nəzərə alıb mütləq  özümüzü qorumalıyıq. Valideynlərə məsləhətim odur ki, uşaqların otağında bu dərmanlardan qətiyyən istifadə etməsinlər. Çox vacib olduqda isə yaxşı olar ki, bu dərmanlar uşaq yatmazdan 3-4 saat əvvəl istifadə edilsin. Bir şeyi də nəzərə almaq lazımdır ki, dərman istifadə olunan zaman uşaqlar otaqda olmamalıdırlar. Ümumiyyətlə, məsləhətdir ki, dərman enerjidə taxılı olarkən otaqda heç kim olmasın. Çünki bu dərmanların həm də bakteriativ təsiri var".

Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirdi ki, ümumiyyətlə götürdükdə, ağcaqanad dərmanları gündəlik istifadə zamanı bir o qədər də ciddi təhlükə törətmir: "Lakin əgər evdə azyaşlı uşaq varsa, bu dərmanları  nəzarətsiz şəkildə saxlamaq olmaz. Çünki uşaqlar həmin dərmanı bilməyərəkdən dişləyə, yaxud toz şəklində qəbul edə  bilərlər. Lakin sprey, həb, yaxud tüstü şəklində yandırılan dərmanlar gündəlik istifadə zamanı zərərsiz hesab olunur. Həssas adamlarda, xüsusən ağciyər, nəfəs sistemində problemi olan şəxslərdə bu dərmanlar müəyyən qədər fəsadlara yol aça bilər".

Toksikoloqun sözlərinə görə, dərmanların mənfi təsiri ilə bağlı müraciətlər bir o qədər də çox olmur: "Təxminən qurumumuza ay ərzində bir-iki müraciət daxil olur. Ağcaqanad əleyhinə olan dərmanların konsentrasiyası, onların tərkibində olan kimyəvi maddələrin toksiki təsiri zəifdir. Ona görə də bu dərmanlar bir o qədər də təhlükəli hesab olunmur".

Nevropatoloq Rima İbadova isə dərmanların insanın sinir sisteminə vurduğu  mənfi təsirlərdən söz açdı: "Yay aylarının gəlməsi ilə əlaqədar olaraq həşərat dərmanlarından geniş istifadə olunur. Lakin bu dərmanlar düzgün istifadə edilmədikdə, müəyyən ərazidə həddindən artıq istifadə olunduqda orqanizmə xeyli mənfi təsir göstərir. Xüsusən dar otaqlarda gündəlik dərmanların istifadəsi həm böyüklərə, həm də uşaqlara çox zərərlidir. Uşaqların orqanizmi daha həssas olduğu üçün həşərat dərmanları onlara daha toksiki təsir göstərir. Dərmanların tərkibində  ziyanlı maddələr, xüsusən də fosfor birləşmələri mövcuddur. ABŞ alimlərinin apardığı tədqiqatlara görə, bəzi maddələr uşaqlarda  diqqət əskikliyi və hiperaktivlik formalaşdıra bilir. Hətta bu dərmanlar uşaqlarda bu sindromların yaranma ehtimalını bəzən üç dəfəyə qədər artırır".

Müsahibimizin sözlərinə görə, ağcaqanad dərmanlarının tərkibində toksiki maddələr daha sıxdır: "Xüsusən də tüstü şəklində yandırılan dərmanlarda toksiklik dərəcəsi daha çoxdur. Onların tərkibində xüsusi maddələr var ki, həmin maddələr insanın daha çox sinir sisteminə mənfi təsir göstərir. Həşərat dərmanlarından zəhərlənmə zamanı ürəkbulanma, mədə ağrıları, halsızlıq, iştahasızlıq, müxtəlif dəri səpkiləri müşahidə olunur. Dərmanlar sinir sisteminə toksiki təsir göstərdikdə isə yuxululuq və yaxud da ayıqlıq (ajiotaj)  baş verir.  Bundan başqa, zəhərlənən insanın orqanizmində əzələ ağrıları da yaranır. Bəzən ağır reaksiyalar hətta qıcolmaya qədər  gətirib çıxara bilir".

R.İbadova həşəratlar əleyhinə olan dərmanlardan mümkün qədər istifadə etməməyi  məsləhət gördü: "Dərmanların toksiki tərkibinin xüsusi bir fərqi yoxdur. Həşərat dərmanlarının tərkibində sinir sisteminə mənfi təsir göstərən maddələrin miqdarı eynidir. Dərman ağcaqanadı necə öldürürsə, insanın sinir sisteminə də eyni cür təsir göstərir. Ona görə də ağcaqanad dərmanları insanda halsızlıq, süstlük və s. şəkildə özünü büruzə verir".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri