Ağdam avtovağzalı və dəmiryol vağzalı gələn il istifadəyə veriləcək
Anews saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin avqustuna qədər Ağdam dəmiryol vağzalı və avtovağzaı kompleksi istifadəyə veriləcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov bildirib.
"Hazırda Ağdam avtovağzal və dəmiryol vağzalı kompleksinin tikintisi həyata keçirilir. Növbəti ilin avqustuna qədər kompleksin tamamlanması gözlənilir", - o bildirib.
Hazırda Ağdamda 66 binanın tikintisinə başlanılıb.
Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 12 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















