Icma.az
close
up
RU

Ağdam Sənaye Parkında istehsal edilən məhsullar Özbəkistan, Qazaxıstan və BƏƏyə ixrac edilir

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bafco Invest” olaraq fəaliyyətimizə başladığımız ilk gündən etibarən istehsal etdiyimiz məhsulların müəyyən hissəsini ixrac etməyi hədəfləmişdik. Artıq fabrikin açılışından bir neçə ay keçməsinə baxmayaraq məhsullarımızı Özbəkistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edirik. Bu ilin noyabr ayında Almaniyada baş tutacaq böyük sərgiyə qeydiyyatdan keçmişik və orada iştirakımızı səbirsizliklə gözləyirik.

APA xəbər verir ki, bunu Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Bafco Invest” fabrikinin istehsal üzrə müavini Musa Alızadə deyib.

O qeyd edib ki, məhsulları beynəlxalq EN ISO 20345 və EN ISO 20347 sertifikatlarına malikdir ki, bu da məhsulların Avropa bazarına çıxışını təmin edir: “Hazırda bir sıra MDB və Avropa ölkələrinin şirkətləri ilə danışıqlar aparırıq, və artıq bir neçə ölkəyə məhsullarımızı göndərmişik. Avropada İspaniya, Çexiya və Almaniya bazarlarında məhsullarımıza böyük maraq müşahidə olunur.

Fabrikə 12 milyon manat sərmayə yatırılıb və istehsal prosesində Almaniyanın “Desma” avadanlıqlarından istifadə olunur. Hazırda istehsal gücümüz xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə 150 min cütdür. Fabrikimizdə çalışan 70 işçinin 50-si Ağdam və ətraf rayonlardan olan insanlardır. İki növbəli iş rejiminə keçmişik və 2025-ci ilin ortalarına qədər işçi sayını 100 nəfərə çatdırmağı planlaşdırırıq”.

Qeyd olunub ki, “Bafco Invest”in istehsal etdiyi uzunboğaz çəkmələr yüksək keyfiyyətli poliuretandan hazırlanıb və 100% suya davamlı, aşınmaya, çoxsaylı qatlamaya dözümlü teksturaya malikdir.

“Bafco Invest” xüsusi işçi ayaqqabıları isə üst hissəsi təbii dəridən, alt hissəsi ikiqat poliuretandan hazırlanıb. Müəyyən ayaqqabı modelləri ağır şəraitli işlər üçün xüsusi polad ucluq və polad altlıqlarla təchiz olunub, bu da ayaqları müxtəlif zərbələrdən və zədələrdən qoruyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Yanvar 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri