Icma.az
close
up
RU
Ağdam yaxın illərdə turistlərin ən çox gəldiyi məkana çevriləcək

Ağdam yaxın illərdə turistlərin ən çox gəldiyi məkana çevriləcək

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi şanlı zəfərimizin əbədiləşdirilməsi  istiqamətində atılan daha bir addım oldu. Həmin sərəncəma əsasən, rayon və şəhərlərimiz işğaldan azad edilən gün “Şəhər Günü” kimi təsis olunub. Sözügedən sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi müəyyənləşdirilib. 2020-ci ilin 20 noyabrı həm ağdamlılar, həm xalqımız, bütövlükdə, dünya azərbaycanlıları üçün unudulmaz bir gündür. Həmin gün Ağdam rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildi.  Bu tarix – Ağdamın azad olunduğu şanlı gün xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı öz Prezidentinin ətrafında  bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan  qovdu. Bu gün Ağdamın əvvəlki ad-sanın bərpa olunur”.
Bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə 20 Noyabr “Ağdam Şəhər Günü” ilə bağlı Moderator.az-a danışarkən qeyd edib. Bildirib ki, həmin gün  yaddaşlara tarixi Qələbəmizin əbədiləşdirilməsi günü kimi həkk olunub.
Ç.Qənizadə Ermənistan ordusunun  işğal etdikləri ərazilərdə, o cümlədən Ağdam rayonunda tötərdiyi vəhşiliklərdən söhbət açarkən dövlətimizin başçısının sözlərini xatırladıb: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Komitə sədri   hazırda Ağdamda sürətlə həyata keçirilən yenidənqurma, tikinti-bərpa işlərindən danışarkən deyib ki, ölkəyə rəhbərlik etdiyi 21 ərzində bütün vədlərini yerinə yetirən  Prezident İlham Əliyev Ağdam rayonun da əvvəlki şöhrətinin qaytarılması istiqamətində bütün imkanlardan istifadə edir.
Hüquq müdafiəçisi  Ermənistanın barbarlığından da söhbət açıb. Deyib ki, 42 gün davam edən döyüş 1993-cü il iyulun 23- də Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Arxeoloqlar apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Ermənilər həmin ərazilərdə faşistlərdən də betər dağıntılar aparmış və Ağdamı xarabalığa çevirmişlər. İndi həmin xarabalıqlar cənnətə çevrilir.
Ç.Qənizadə deyib ki, 2021-ci il mayın 28- də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Artıq ağdamlılar da doğma el-obalarına qayıdırlar. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.
Komitə sədri  Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalının təsis olunduğunu xatırladaraq deyib ki, dövlətimizin başçısının sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5 min 790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. O, daha sonra  Ağdamda, ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən söhbət açaraq deyib ki, yaxın illərdə həmin ərazilər turistlərin ən çox gəldikləri məkana çevriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri