Icma.az
close
up
RU
Ağdama qayıdan qatarın fiti: Zəfərin səsi Elgün Gəncimsoy YAZIR…

Ağdama qayıdan qatarın fiti: Zəfərin səsi Elgün Gəncimsoy YAZIR…

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağdam… Son otuz il boyunca adı həsrətin, dağıntının, sükutun ağrının sinoniminə çevrilmiş bu şəhər Qarabağ müharibəsinin ən ağır yükünü çiyinlərində daşıdı.
Ermənilərin Qarabağda başlatdığı müharibənin bütün çətinliklərinə rəğmən, 1993-cü ilin iyul ayınadək Bakı-Xankəndi dəmir yolu ilə qatarlar Ağdama qədər gəlirdi və buradan əks istiqamətdə hərəkət edirdi. Şəhərin işğalına qədər dəmir yolunda hərəkət dayanmadı.
Bakıdan Ağdama qədər gələn qatarlar sərnişin də daşıdı, düşmənə qarşı vuruşanlara silah və ağır döyüş texnikası da. Döyüşdə yaralalanan hərbçilərin müalicəsi üçün bəzən səyyar hospitalı da əvəz etdi bu vaqonlar. Ağır yaralanan döyüşçülərlə yanaşı, Xocalı soyqırımından sağ çıxan yüzlərlə insanın da pənah yerinə çevrilmişdi həmin bu qatarlar.
Aradan 32 il keçib. Ağdamın qəlbinin ritmini özünə qaytaran o səslər yenidən eşidildi. Yenidən qurulmaqda olan şəhərin təzə vağzalına sürət qatarı daxil oldu. Şəhərə çatar-çatmaz eşidilən qatar fiti ətrafa yayılan səsi ilə sanki uzun illər susmuş bir ürəyin “buradayam, yaşayıram” hayqırtısını canlandırırdı.
Həmin an gözlərimin qeyri-ixtiyari yaşla dolduğunu həmkarlarım üzümə baxanda hiss etdim. Vağzala toplaşanlar arasında rəsmi şəxslər, qəlbi doğma yurd həsrəti ilə alışan ailələr, ömrünü müharibənin bəxş etdiyi ağrılarla yaşamış insanları gördüm. Hər kəsin üzündə həm həsrətin izi, həm də sevinci oxunurdu.
Qatar dayandı. İlk düşənlərdən biri Ağdamla nəfəs alan, bu şəhərin dərdi ilə, sevinci ilə yaşayan yazıçı, millət vəkili Aqil Abbas idi. Onun ardınca Milli Qəhrəman Asif Məhərrəmovun oğlu, dünya çempionu Azər Məhərrəmov platformaya endi. Sonra 44 günlük Vətən müharibəsində Şuşaya bayraq sancan qəhrəman Yaşar Hüseynov göründü. Ağdamın müdafiəsində göstərdiyi şücaətlərlə əfsanəyə çevrilmiş Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı Flora xanımın xatirəsi dinləyənləri kövrəltdi. Bir vaxtlar, Ağdamda mədəni mühitin inkişafına ömrünü sərf etmiş Çimnaz xanım və gənc olmasına rəğmən, rayon ictimaiyyətinin sevimlisinə çevrilmiş Hacı Xəyyam da Ağdama gələn qatarın yolunu gözləyənlər arasında idi.
 

Gələnlərlə qarşılayanlar arasındakı hər salamlaşma sanki bir ömür kitabının ən qəribə səhifəsi idi. Hər şey vardı bu qucaqlaşmalarda: İllərin həsrəti, ağrı-acılar, qürur, Ağdam həsrəti ilə dünyasını dəyişənlərlə bağlı xatirələr, sevinc, ümid, hər şey vardı. Sanki duyğular da göz yaşları kimi bir-birinə qarışmışdı. Lakin bu göz yaşları acıdan doğmurdu. Onlar zəfərin, qürurun, sevincin süzüntüləri idi.


Sərnişinləri ilk salamlayan Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov oldu. Bir qədər sonra səsgücləndiricidən sanki yeni həyatın başlanğıcını müjdələyən səs yayıldı: “Vağzaldan Xıdırlıya, Kəngərliyə, Sarıcalıya gedən avtobuslara minik davam edir”. Bu kəndlər Ağdamın azadlıqdan sonrakı ilk nəfəs alan torpaqlarıdır.
Bütün bu mənzərənin fonunda parlaq geyimli qatar bələdçisi olan qızlar və dəmiryolçular kənardan sevinclə baxırdılar. Onların gülüşü, işıqlı çöhrəsi elə bil yeni həyatın rəmzi idi.
Vağzalın eyvanından şəhərə baxanda ilk gözə çarpan isə sanki iki dünyanın üz-üzə dayanması idi: bir tərəfdə müharibənin izləri – xarabalıqlar, dağıdılmış evlər, digər tərəfdə isə Azərbaycanın dövlət quruculuğu ilə yüksələn yeni binalar, təzələnən və canlanan doğma şəhərimiz.
Bu gün Ağdama gələn qatar təkcə relslərin üzərində hərəkət etmədi. O, illərin həsrətini, şəhidlərin xatirəsini, insanların dualarını da özü ilə gətirdi. Hər siqnal səsi bir vəd idi: “Ağdam bir daha susmayacaq, Ağdam yaşayacaq və dirçələcək!”
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri