Icma.az
close
up
RU
Ağdamda ailə münaqişəsi: 42 yaşlı kişi yaşadığı qadına şiddət göstərdi TƏFƏRRÜAT

Ağdamda ailə münaqişəsi: 42 yaşlı kişi yaşadığı qadına şiddət göstərdi TƏFƏRRÜAT

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Ağdam rayonunda 42 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun qəsəbələrindən birində baş verib. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Tacir yaşadığı evin həyətində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zəhra (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Belə ki, o, zərərçəkmiş şəxsin əvvəllər aralarında baş vermiş münaqişələrlə bağlı ondan müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına şikayət etməsini irad tutduğundan şəxsi münasibətlər zəminində aralarında yenidən mübahisə yaranıb. 
Mübahisə zamanı o, arvadının üzərinə gələrək bir dəfə sifət nahiyəsinə yumruq zərbəsi endirib və yerə yıxdıqdan sonra ardıcıl olaraq yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Sonra isə saçlarından tutaraq  yerdə sürüyüb. 
Hadisəni törədən Tacirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxsi 2023-cü ilin yanvar ayından tanıyır: “Zərərçəkənlə həmin ilin yanvar ayından 2024-cü ilin aprel ayına qədər rəsmi nikah bağlamadan qeyri-rəsmi evli olmuşuq. Birgə evlilikdən bir övladımız var. Zərərçəkmiş şəxs ilə aramızda baş verən ailə mübahisələri səbəbindən ayrılmışıq. Buna baxmayaraq mütəmadi olaraq azyaşlı övladım Emil ilə maraqlanmışam, onun qayğısına qalmışam”. 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, növbəti günlərin birində Zəhraya zəng edib və azyaşlı oğlu Emili görmək istədiyini bildirib: “Zəhra da mənimlə razılaşdı. Zəhra və Emili taksi ilə Bərdə şəhərində yerləşən yaşadığı ünvandan Ağdam rayonunun qəsəbəsində yerləşən yaşadığım ünvana gətirdim. Onlar həmin tarixdən mənim  yaşadığım ünvanda qaldılar. Hadisə günü gecəyarısı yaşadığım evdə olarkən Zəhra ilə aramızda mübahisə yarandı. O, məni nalayiq sözlərlə təhqir etdi. Bu zaman ona əsəbləşdim, yumruq ilə onun sağ gözündən zərbə vurdum, saçından tutaraq yerə yıxdım. Arvadımı yerdə sürüdüm, həmçinin sol qolundan, bədəninin müxtəlif nahiyələrindən, ayaqlarından yumruq zərbələri vurdum. Hadisə nəticəsində Zəhra sağ gözündən, sol qolundan, ayaqlarından xəsarətlər aldır. Bundan sonra hirsim soyuduğundan etdiyim əməldən peşman oldum. Zəhradan etdiyim hərəkətə görə üzr istədim. Sonradan zərərçəkmiş barəmdə Ağdam Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdiyini bildim”. 
Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tacir aylıq qazancının 15 faiz dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see188

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see174

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see142

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see133

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see128

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri